Salyanda ağır qəza bir nəfərin ölümünə səbəb olub
Hadisə
197
08:50, Bu gün

Salyanda ağır qəza bir nəfərin ölümünə səbəb olub

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 
Moderator.az-ın məlumatına görə, hadisə Salyan rayonunun Şorsulu kəndi ərazisində baş verib.
 
Belə ki, “VAZ” markalı minik avtomobili yol kənarında dayanmış “Qazel” markalı yük avtomobilinə çırpılıb.
 
Qəza zamanı “Qazel”-in yanında olan kənd sakini, 1986-cı il təvəllüdlü Feyzullayev Ruslan Mərdan oğlu iki avtomobilin arasında qalaraq ağır xəsarətlər alıb.
 
Yaralı xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib. Piyada aldığı ağır xəsarətlərdən ölüb.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər