Narkotikin təsiri altında olan BYD sürücüsü həbs edildi
Hadisə
316
12:37, Bu gün

Narkotikin təsiri altında olan BYD sürücüsü həbs edildi

Masallı rayonu ərazisində BYD markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən ona "saxla" işarəsi verilib.
 
Moderator.az xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən R.Məmmədovun narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından o tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin marixuana istifadə etdiyi müəyyənləşib.
 
Məhkəmənin qərarı ilə R.Məmmədov 15 gün müddətinə inzibati həbs olunub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər