23:32
7°C
Bakı
Bakının Binəqədi və Xətai rayonlarında yerləşən iki marketdən lotereya biletləri və digər məhsullar oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən İ.Seyfullayev, A.Vəlizadə və M.Göyüşov müəyyən olunaraq saxlanılıblar.
Onların obyektlərdən 3159 manat dəyərində lotereya bileti, tütün məmulatları və spirtli içkilər oğurladıqları məlum olub.
Araşdırmalar davam etdirilir.