Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
İdman
202
14 Apr 2026 | 23:17

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Moderator.az xəbər verir ki, səfərdə Andorra ilə üz-üzə gələn Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 3:1 hesablı qələbə qazanıb.

Yığmanın heyətində Sevinc Cəfərzadə (15, 51) dubl müəllifi olub. Esra Manya (90+5) isə millinin üçüncü qolunu vurub.

Qarşılaşma "Andorra la Vella" stadionunda keçirilib.

Daha əvvəl Macarıstana uduzan yığma (0:1) Şimali Makedoniyanı (2:0) məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi hazırda C Liqasının 3-cü qrupunda 6 xalla ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 7, üçüncü sıradakı Şimali Makedoniyanın 3, sonuncu pillədəki Andorranın 1 xalı var.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər