İsrail və Livan “Hizbullah”ın tərksilahında razılaşıb
Dünya
200
14 Apr 2026 | 23:07

İsrail və Livan “Hizbullah”ın tərksilahında razılaşıb

ABŞ-da keçirilən danışıqlarda İsrail və Livan tərəfləri “Hizbullah”ın tam tərksilah olunmalı olduğu mövzusunda razılığa gəlib.

Moderator.az xəbər verir ki, bu barədə "NBC News" ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər həmçinin İranın Livanın gələcəyinə təsirinin məhdudlaşdırılması məsələsini də müzakirə edib.

Görüşdə ABŞ tərəfindən Livanda köçkünlərə yardım məqsədilə 58,8 milyon dollar məbləğində humanitar paket təsdiqlənib.

Rəsmi məlumatlara görə, İsrail və “Hizbullah” arasında qarşıdurma nəticəsində 1 milyondan çox livanlı məcburi köçkünə çevrilib.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər