ABŞ İran limanlarının blokadasında nə qədər hərbçinin iştirak etdiyini açıqladı
Dünya
194
14 Apr 2026 | 23:24

ABŞ İran limanlarının blokadasında nə qədər hərbçinin iştirak etdiyini açıqladı

İran limanlarının blokadasında 10 mindən çox amerikalı hərbi qulluqçu iştirak edir.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" platformasında paylaşılan bəyanatında deyilir.

"10 mindən çox amerikalı dənizçi, dəniz piyadası və hərbi pilot İran limanlarına daxil olan və onları tərk edən gəmilərin blokadası missiyasını yerinə yetirir", - deyə məlumatda bildirilir .

CENTCOM dəqiqləşdirib ki, blokadada onlarla ABŞ hərbi gəmisi və təyyarəsi də iştirak edir. Mərkəzi Komandanlığın açıqlamasına əsasən, ötən gün ərzində heç bir gəmi blokadanı yararaq Fars və Oman körfəzlərindəki limanlara daxil ola bilməyib.

Blokada ABŞ Prezidenti Donald Trampın fərmanına əsasən, aprelin 13-dən qüvvəyə minib və İranın Fars körfəzi ilə Oman körfəzindəki bütün limanlarına və sahil bölgələrinə şamil edilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər