Ukrayna və Norveç müdafiə tərəfdaşlığı haqqında bəyannamə imzalayıb
Dünya
192
14 Apr 2026 | 23:22

Ukrayna və Norveç müdafiə tərəfdaşlığı haqqında bəyannamə imzalayıb

Ukrayna Prezidenti Volodimir Zelenski və Norveçin Baş naziri Yonas Qar Störe müdafiə tərəfdaşlığı haqqında bəyannamə imzalayıblar.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

"Ukrayna Norveçin xarici siyasətinin əsas prioriteti olaraq qalır və bu gün biz müdafiə, təhlükəsizlik sahələrində əməkdaşlığın gücləndirilməsi haqqında birgə bəyannamə imzaladıq", – Störe Osloda Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Norveç Ukraynanın suverenlik uğrunda mübarizəsini və onun özünümüdafiə hüququnu qətiyyətlə dəstəkləyir:

"Lakin bu, birtərəfli əlaqə deyil, qarşılıqlı əməkdaşlıqdır. Biz Norveç və Ukrayna arasında strateji tərəfdaşlıq üzərində işləməyə razılaşdıq, çünki Ukrayna bunun müqabilində çox şey verir".

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər