Biləsuvarda ağır yol qəzası baş verib, xəsarət alanlar var
1862
26 Feb 2024 | 19:02

Biləsuvarda ağır yol qəzası baş verib, xəsarət alanlar var

Biləsuvar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
 
"Report"un məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
 
Belə ki, Biləsuvar rayon sakini, 1965-ci il təvəllüdlü Əbişov Vəkilağa Əhmədağa oğlu “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.
 
Nəticədə sürücü və 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
 
Faktla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər