Gəncədə toqquşan avtomobillərdən biri aşıb, xəsarət alan var
2746
08 Sep 2023 | 18:34

Gəncədə toqquşan avtomobillərdən biri aşıb, xəsarət alan var

Gəncə şəhərinin 3-cü mikrorayon ərazisində yol qəzası baş verib, xəsarət alan var.

Hadisə zamanı "Xəzər Lada" və "Reno" markalı avtomobillər toqquşub.

Nəticədə idarəetmədən çıxan "Xəzər Lada" markalı avtomobil aşıb. Nəqliyyat vasitəsinin sürücüsü, 1959-cu il təvəllüdlü A.Ələkbərov müxtəlif bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər