Qazinin kursant oğlu yaşadığı mənzildə vəfat etdi - FOTO
360
12:47, Bu gün

Qazinin kursant oğlu yaşadığı mənzildə vəfat etdi - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin 11-ci sinif şagirdi Məzahir İslamov vəfat edib.

Moderator.az Milli.az-a istinadən xəbər verir ki, o, dərs zamanı və ya təhsil müəssisəsinin ərazisində deyil, öz evində dünyasını dəyişib.

Məlumata görə, M.İslamov 44 günlük Vətən müharibəsinin qazisi, ehtiyatda olan kapitan Qurbanəli İslamovun oğludur.

Qurbanəli İslamov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində ön cəbhədə iştirak edib. O, Füzuli və Qubadlı istiqamətlərində gedən ağır döyüşlər zamanı sol ayağını itirib.

Fotoda: Qurbanəli İslamov

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər