Şeyxülislamdan Ankaraya mühüm mesaj: “Əməkdaşlığı daha da dərinləşdirməliyik”  
159
12:16, Bu gün

Şeyxülislamdan Ankaraya mühüm mesaj: “Əməkdaşlığı daha da dərinləşdirməliyik”  

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə Türkiyə Respublikasının Diyanət İşləri Bakanı, professor Safi Arpaguş arasında mühüm görüş keçirilib.
 
Moderator.az xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin dini və mənəvi müstəvidə daha da gücləndirilməsi məsələləri geniş müzakirə olunub.
 
Bütün Qafqazın Şeyxi ilə görüşməkdən məmnunluğunu ifadə edən Safi Arpaguş Azərbaycana və Azərbaycan xalqına ən səmimi arzularını çatdırıb.
 
Allahşükür Paşazadə isə görüşün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, professor Safi Arpaguşla onun İstanbul müftisi olduğu dövrdən tanışlığı və əməkdaşlığı mövcuddur.
 
“Bizim əməkdaşlığımız çoxşaxəlidir. Bu imkanları daha da dərinləşdirməli, Azərbaycan və Türkiyə üçün faydalı olacaq yeni istiqamətləri müəyyən etməliyik”, - deyə Şeyxülislam qeyd edib.
 
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər, dini sahədə əməkdaşlığın genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi və bu ilin sentyabr ayında keçiriləcək Türk Dövlətləri Təşkilatı Dini İdarə Rəhbərləri Şurasının toplantısına hazırlıq məsələləri də müzakirə olunub.
 
Tərəflər Azərbaycan-Türkiyə qardaşlığının dini-mənəvi sahədə də strateji səviyyədə inkişaf etdiyini vurğulayıblar.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər