Juan Kanseludan unikal nailiyyət - FOTO
204
15:50, Bu gün

Juan Kanseludan unikal nailiyyət - FOTO

İcarə əsasında "Barselona"da çıxış edən Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun və Portuqaliya millisinin müdafiəçisi Juan Kanselu unikal nailiyyətə imza atıb.
 
Moderator.az xəbər verir ki, təcrübəli oyunçu Avropanın "böyük beşlik" ölkələrinin dördündə "çempion" adını qazanan ilk futbolçudur.
 
Portuqaliyalı müdafiəçi ötən gün "Barselona"nın heyətində İspaniya çempionu olub. Kataloniya təmsilçiləri prinsipial qarşılaşmada "Real Madrid"i məğlub edərək (2:0) vaxtından əvvəl titula yiyələniblər.
 
Kanselu daha əvvəl "Yuventus"la İtaliya A Seriyasını, "Mançester Siti"də İngiltərə Premyer Liqasını, "Bavariya"nın düşərgəsində isə Almaniya Bundesliqasını qazanıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər