Bizi sosial şəbəkələrdən izləyin:
İsmayıllıda 43 yaşlı kişi itkin düşüb.
Moderator.az xəbər verir ki, rayon sakini 43 yaşlı Aqşin Behbudov yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Onun əlamətləri: boyu 185 sm, saçları şabalıdı, arıq bədən quruluşludur.
Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzi və Nazirliyiin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020 -285-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.