Bizi sosial şəbəkələrdən izləyin:
Füzuli rayonunda Birinci Qarabağ müharibəsi zamanı itkin düşən daha üç nəfərin qalığı aşkarlanıb.
Moderator.az xəbər verir ki, uzun illərdir ailələrinin yolunu gözlədiyi şəxslərin meyit qalıqları aparılan ekspertiza və identifikasiya proseslərindən sonra təsdiqlənib.
Söhbət rayonun İşıqlı kənd sakinləri – Sadıqov Zaur İmamqulu oğlu və Həziyev Ələddin Həzi oğlu, eləcə də Aşağı Əbdürrəhmanlı kəndindən olan Cəfərov Rafiq Şakir oğlundan gedir.
Məlumata görə, 1973-cü il təvəllüdlü Zaur Sadıqov 1993-cü il iyulun 22-də, həmkəndlisi Ələddin Həziyev isə həmin ilin iyulun 2-də itkin düşmüşdü. Rafiq Cəfərov isə 1993-cü il avqustun 23-dən itkin kimi qeydə alınmışdı.
Kimliyi müəyyən edilən hər üç şəxsin nəşinin qalıqları mayın 15-də doğmalarına təhvil verilərək torpağa tapşırılacaq.