Roma Papası Trampın tənqidlərinə CAVAB VERDİ
Dünya
145
09:05, Bu gün

Roma Papası Trampın tənqidlərinə CAVAB VERDİ

Roma Papası XIV Leo ABŞ Prezidenti Donald Trampın tənqidlərinə cavab verib.
 
Moderator.az bildirir ki, bu barədə "Vatikan News" portalı məlumat yayıb.
 
"Katolik Kilsəsinin missiyası Müjdəni təbliğ etmək, sülhü təbliğ etməkdir. Əgər kimsə məni Müjdəni təbliğ etdiyim üçün tənqid etmək istəyirsə, qoy bunu həqiqətə uyğun etsin. Sadəcə ümid edirəm ki, səsim eşidiləcək", - portal onun sözlərini sitat gətirib.
 
Xatırladaq ki, mayın 4-də ABŞ Prezidenti tanınmış radioaparıcı Hyu Hevitlə müsahibəsində bildirib: "Roma Papası İranın nüvə silahına sahib olmasının dəhşətli bir şey olmadığını söyləməyə üstünlük verir. Bunun yaxşı olmadığını düşünürəm. Düşünürəm ki, o (Papa - red.) bunu etməklə bir çox katolikləri və digər insanları təhlükəyə atır".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər