Naxçıvanda qəza: Xəsarət alanlar var - FOTO
259
15:10, Bu gün

Naxçıvanda qəza: Xəsarət alanlar var - FOTO

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, qəza Naxçıvan-Sədərək magistralının Duzdağ ərazisindən keçən hissəsində baş verib. "Mercedes" markalı avtomobillə "Changan" markalı yük avtomobilinin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Mustafayev Xəyal Vahid oğlu, 1964-cü il təvəllüdlü Rəcəbov Möhbalı Rəcəb oğlu və 2000-ci il təvəllüdlü Hüseynov Miradəm Mirdamət oğlu xəsarət alıblar.
 
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdiriliblər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər