Avropa çempionatı: Zelim Kotsoyev bürünc medal uğurunda yarışacaq - YENİLƏNİB
604
14:06, Bu gün

Avropa çempionatı: Zelim Kotsoyev bürünc medal uğurunda yarışacaq - YENİLƏNİB

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında bürünc medal uğurunda mübarizə aparacaq.
 
Moderator.az xəbər verir ki, 100 kiloqram çəkidə çıxış edən Olimpiya çempionu yarımfinalda niderlandlı Simeon Katarinaya məğlub olaraq üçüncülük uğrunda görüşə vəsiqə qazanıb.
 
Bu gün mübarizəyə qoşulan Madina Xaisinova (+78 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) isə yarışı mükafatsız başa vurublar.
 
Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kiloqram) gümüş, Əhməd Yusifov (60 kiloqram), Turan Bayramov (66 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) bürünc medala sahib çıxıblar.
 
Turnirə bu gün yekun vurulacaq.
 
12:46
 
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında yarımfinala yüksəlib.
 
Moderator.az xəbər verir ki, 100 kiloqram çəkidə çıxış edən Olimpiya çempionu 1/4 finalda macarıstanlı Zsombor Veqə qalib gəlib.
 
Bu gün mübarizəyə qoşulan Madina Xaisinova (+78 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) yarışı mükafatsız başa vurublar.
 
Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kiloqram) gümüş, Zelim Tçkayev (81 kiloqram), Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar. Turnirə bu gün yekun vurulacaq.
 
11:49
 
Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.
 
Moderator.az xəbər verir ki, 1/8 finalda Yaroslav Davıdçuka (Ukrayna) qalib gələn təmsilçimiz növbəti raunda adlayıb.
 
Bu gün mübarizəyə qoşulan idmançılardan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) mübarizəni erkən dayandırıblar.
 
Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.
 
10:52
 
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında mübarizəni dayandırıb.
 
Moderator.az xəbər verir ki, 1/8 finalda Erik Abramovla (Almaniya) üz-üzə gələn təmsilçimiz rəqibinə məğlub olub.
 
Bu gün mübarizəyə qoşulan idmançımız Madina Kaisinova (+78 kq) da yarışla erkən vidalaşıb.
 
Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.
 
10:18
 
Azərbaycan cüdoçusu Madina Kaisinova (+78 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında məğlub olub.
 
Moderator.az xəbər verir ki, 1/16 finalda Elis Startseva (Rusiya) ilə qarşılaşan təmsilçimiz uduzaraq mübarizəni dayandırıb.
 
Bu gün Kənan Nəsibov (+100 kq) da tatamiyə çıxacaq.
 
Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.
 
09:48
 
Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
 
Moderator.az xəbər verir ki, idmançı 1/16 finalda Nikola Pavlovski (Şimali Makedoniya) ilə üz-üzə gəlib.
 
Rəqibini məğlub edən Z.Kotsoyev növbəti raunda vəsiqə qazanıb.
 
Bu gün Kənan Nəsibov (+100 kq) və Madina Kaisinov (+78 kq) də tatamiyə çıxacaqlar.
 
Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.
***
 
Azərbaycanın daha 3 cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən və bu gün başa çatacaq Avropa çempionatında mübarizəyə başlayacaq.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, yarışın son günündə Zelim Kotsoyev (100 kq), Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) tatamiyə çıxacaqlar.
 
Avropa çempionatı
 
100 kq, 1/16 final
 
Zelim Kotsoyev - Nikola Pavlovski (Şimali Makedoniya)
 
+100 kq, 1/8 final
 
Kənan Nəsibov - Mateo Akiana Monqo (Fransa) / Erik Abramov (Almaniya) cütünün qalibi ilə
 
+78 kq, 1/16 final
 
Madina Kaisinova - Elis Startseva (Rusiya)
 
Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər