Bizi sosial şəbəkələrdən izləyin:
NBA-da pley-off mərhələsinin birinci raundunun ilk oyunu başa çatıb.
Moderator.az Sport24.ru-ya istinadən xəbər verir ki, qarşılaşmada "Los-Anceles Leykers" "Hyuston Rokets"i 107:98 hesabı ilə məğlub edib.
Qalib komandanın heyətində Lebron Ceyms və Bronni Ceyms meydana çıxıblar. Onlar NBA pley-off tarixində birlikdə oynayan ilk ata və oğul olublar.
Lebron Ceyms 19 xal və 13 məhsuldar ötürmə ilə dabl-dabl edib (basketbolçunun bir oyunda beş statistik kateqoriyadan ikisində ikirəqəmli - 10 və ya daha çox göstərici əldə etməsi). Bronni Ceyms isə dörd dəqiqədən az oynayıb və məhsuldar hərəkətlə yadda qalmayıb.
"Los-Anceles Leykers" seriyada 1:0 hesabı ilə önə keçib. Növbəti oyun aprelin 22-də keçiriləcək.