Bizi sosial şəbəkələrdən izləyin:
"Türkologiya sahəsində çalışan görkəmli alimlərin və ziyalıların başladığı yol bu gün dövlət başçılarımız və Türk Dövlətləri Təşkilatı tərəfindən uğurla davam etdirilir. Bu gün biz xoşbəxtik ki, belə panellərdə sərbəst şəkildə iştirak edir, öz bayraqlarımız altında yaşayır, nəfəs alır və türk olduğumuzla qürur duyuruq. Bu uğurlar asan əldə olunmayıb. 1926-cı ildə bu fikirləri ifadə edən insanlar sonradan təzyiqlərə məruz qalıblar".
Moderator.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Bir əsrlik dil və kimlik: Bakı Türkoloji Qurultayından Türk inteqrasiyasına” mövzusunda panel iclasda çıxışı zamanı bildirib.
“Unutmalıyıq ki, fevralın 26-da başlayan və martın 5-də başa çatan, 131 nümayəndənin iştirak etdiyi bir konqresdən danışırıq. Onların 92-si türk olaraq qeyd olunub, 3 nəfər isə “Türkiyə türkü” kimi göstərilib. Beləliklə, ümumilikdə 135 nümayəndədən söhbət gedir. Onların 95-i türk idi, lakin 92-si Sovet İttifaqı daxilində yaşayan türklər idi. Bu fakt bir şeyi açıq şəkildə göstərir, biz müxtəlif millətlərin planlarının bir hissəsi deyilik, biz eyni millətin övladlarıyıq, türkük”,- deyə Baş katib bildirib.