Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün səhər Ukraynanın Xerson şəhərinin rayonlarından birində Rusiya avtomobilə dron zərbəsi endirib.
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin "Telegram" kanalında məlumat paylaşılıb.
Qeyd olunub ki, zərbə nəticəsində bir nəfər həlak olub, iki nəfər xəsarət alıb.
"Mürəkkəb təhlükəsizlik vəziyyətinə baxmayaraq, xilasedicilər həlak olan sürücünün meyitini çıxarıblar", - məlumatda bildirilib.