Kamran Əliyev Xankəndidə əməliyyat müşavirəsi keçirdixa0- FOTOLAR
1403
14 Apr 2025 | 13:05

Kamran Əliyev Xankəndidə əməliyyat müşavirəsi keçirdixa0- FOTOLAR

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Xankəndi Şəhər Prokurorluğunda Baş Prokurorluğun əməkdaşları, Xankəndi şəhər,  Ağdam, Cəbrayıl, Füzuli,  Xocalı, Xocavənd, Kəlbəcər,  Qubadlı, Laçın, Şuşa, Zəngilan rayon, eləcə də Ağdam, Füzuli, Kəlbəcər, Qubadlı və Tərtər hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.
 
Moderator.az xəbər verir ki, toplantıda azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin təşkili, hüquq-mühafizə sisteminin institusional dayanıqlığının təmin olunması, cinayətkarlığa qarşı mübarizənin vəziyyəti və əhalinin hüquqlarının müdafiəsi məsələləri ətraflı müzakirə olunub.
 
Baş prokuror çıxışında həmçinin azad edilmiş ərazilərdə qanunun aliliyinin tam şəkildə təmin olunması istiqamətində qarşıda duran vəzifələri diqqətə çatdırıb. Kamran Əliyev vurğulayıb ki, azad edilmiş ərazilərdə hüquq-mühafizə sisteminin fəaliyyəti dövlətin suverenliyinin və hüquqi təsisatlarının real təcəssümüdür.
 
Müşavirə çərçivəsində xüsusi vurğulanan məsələlərdən biri də yerli əhali ilə qarşılıqlı etimada əsaslanan hüquq münasibətlərinin qurulması və cinayətkarlığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər