“O, dünyanın ən böyük dövlət xadimlərindən, ən məşhur sərkərdələrindən olub..."- Tariximizə fərqli baxış
Elm və Təhsil
Oxunub: 3006
10 May 2024 | 17:40
“O, dünyanın ən böyük dövlət xadimlərindən, ən məşhur sərkərdələrindən olub...
“Nadir şahın həm dini, həm siyasi, həm də hərbi
sahədə apardığı siyasətin məqsədi məhz Turan və İslam aləmini birləşdirmək idi...”
 
“Xalqların azadlıq mübarizəsi, aramsız müharibələr, iqtisadi vəziyyət, iri
qruplar arasındakı mübarizə - bütün bunlar Nadir şahı qəzəbləndirdi və o, kütləvi
cəza tədbirlərinə başladı. Təqiblər aparıcı soyların məşhur nümayəndələrindən də
yan keçmədi. Bunun da nəticəsində sarayda sui-qəsd havası yetişirdi…”

Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:

(Əvvəli burada: )

Nadir şahın dövründəki Azərbaycan imperiyası…- XXVIII mövzu

 
XVII əsrin sonu- XVIII əsrin əvvəllərində xarici müdaxilələrə qarşı
mübarizə. Nadir şah Əfşar və Azərbaycan imperiyasının yeni yüksəlişi.
 
XVII əsrin sonu – XVIII əsrin başlanğıcında Azərbaycan dövləti dərin
iqtisadi və siyasi böhran keçirirdi. Dövriyyədə pul çatışmazlığı yaranmış, dövlət
xəzinəsi tamamilə boşalmışdı. Şah Sultan Hüseynin (1694-1722) gördüyü tədbirlər
maliyyə böhranının qarşısını ala bilmədi. O, ümumiyyətlə, zəif iradəli adam idi,
siyasətlə maraqlanmırdı. Ən ciddi qərarları da qəbul edəndə, mahiyyətə varmır və
sevimli ifadəsini işlədirdi: ”yaxşıdır”. Ona görə də saray əhli ona “yaxşıdır” ləqəbi
vermişdi [18, s.19-30]. Mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən iri
əyanlar müstəqilliyə can atırdılar…
 
Car-Balakən, Şamaxı, Təbriz və digər ərazilərdə xalq hərəkatı başladı. 1707-
ci ildə başlanan Car-Balakən üsyanının əsas səbəbi sosial ədalətsizlik idi. Lakin
şah qoşunları onu amansızlıqla yatırdı, Car kəndi yandırıldı. 1711-ci ildə Car-
Balakəndə üsyan yenidən alovlandı. Üsyançılar silahlanıb Şamaxıya hücum etdilər,
döyüşdə qalib gəldilər və Şirvan bəylərbəyi Hüseynəli xanı öldürdülər. Şah Sultan
Hüseyn Keyxosrov xanı Şirvana yeni bəylərbəyi təyin etdi [17, s.102].
Mərkəzi hakimiyyətə qarşı mübarizənin əsas mərkəzlərindən biri Şirvan və
Cənubi Dağıstan idi. Burada 1711-ci ildən başlayan üsyanlara Müşkür mahalından
olan din xadimi Hacı Davud başçılıq edirdi. 1719-cu ildə müşkürlü Hacı Davud (o,
Müşkür mahalının, indiki Xaçmaz rayonunun Dədəli kəndindən idi) yenidən üsyan
qaldırdı, Dərbənd, Şabran və Xudata hücum etdi və buna görə 1719-cu ildə Səfəvi
hakimiyyəti tərəfindən həbs olundu. 1720-1721-ci illərdə Şirvan və Cənubi
Dağıstanda üsyan yenidən alovlandı və həbsdən qaçan Hacı Davud üsyana
rəhbərlik etdi. Hacı Davud qazıqumuxlu Surxay xanla birləşərək 1720-ci ildə
Şabran və Xudat qalalarını tutdu. Bundan sonra üsyançılar Şamaxını, Bakını və
Dərbəndi tutmağa çalışsalar da, onların cəhdləri nəticəsiz qaldı [19]. Bu şəhərləri
öz gücü ilə tuta bilməyən Hacı Davud 1721-ci ilin aprelində Rusiyaya müraciət
edib hərbi yardım istədi. I Pyotr Hacı Davudun təklifini rədd etdi [3].
Hacı Davud öz qüvvələri ilə 1721-ci ilin avqustunda Şamaxıya hücüm etdi,
əhalinin köməyi ilə şəhəri tutdu. Bəylərbəyi Keyxosrov xan və 800 Səfəvi tərəfdarı
öldürüldü. Bir çox ölkələrdən gələn əcnəbi tacirlər, o cümlədən rus tacirləri
üsyançılar tərəfindən qarət edildi, bəziləri qətlə yetirildi. Üsyançılar müqavimətə
rast gəlmədən Gəncəyə qədər irəliləsələr də, Gəncədə məğlub olub geri qayıtdılar.
1721-ci ilin oktyabrında Hacı Davud və Surxay xan Osmanlı sultanı III Əhmədə
(1703-1730) müraciət edərək Osmanlı təbəəliyini qəbul etməyə hazır olduqlarını
bildirdilər və Sultandan qoşunla kömək etməyi xahiş etdilər. Rusiyadan fərqli
olaraq III Əhməd onların müraciətinə müsbət yanaşdı və Hacı Davuda Şirvan xanı
titulu verdi [14, s.178-179].
 
1722-ci ildə əfqan tayfaları Səfəvilərə qarşı üsyan qaldırdılar. Səfəvilərin
paytaxtı İsfahanı 8 ay mühasirədə saxladılar, şəhəri yalnız həmin ilin sentyabrında
tutdular. Səfəvi şahı Sultan Hüseyn üsyanın başçısı Mir Mahmud xanın
düşərgəsinə gəldi, tacı və digər şah nişanlarını ona təslim etdi. Şah Sultan Hüseyn
və bütün ailə üzvləri əsir alındı. (Mir Mahmud xan, sonra onun yerinə keçmiş
Əşrəf xan Şah Sultan Hüseynlə xoş davranırdılar. Amma 1726-cı ilin payızında
Osmanlı sərkərdəsi Əhməd paşa Əşrəf xana məktub yazaraq bildirdi ki, Səfəvilərin
qanuni nümayəndəsi Sultan Hüseyni taxta qaytarmaq üçün İsfahana gəlir. Əşrəf
xan bu iddiaya cavab olaraq Sultan Hüseynin başını kəsib ona göndərdi) [18, s.86-
88]. Şahın böyük oğlu Təhmasib əfqanlara təslim olmadı, Astarabadda (Xəzər
dənizinin cənub-şərqində, İranın Gülüstan əyalətinin mərkəzi ) özünü II Təhmasib
adı ilə şah elan etdi.
XVIII əsrin əvvəllərində Rusiya iqtisadi və siyasi cəhətdən qüvvətləndi və
Azərbaycanı hərbi yolla tutmaq planları qurmağa başladı. Rus çarı I Pyotr (1689-
1725) Azərbaycan dövlətinin ağır vəziyyətindən istifadə edərək öz niyyətini həyata
keçirməyə başladı. 1722-ci il iyunun 18-də I Pyotr Həştərxandan hərbi səfərə
başladı. Rus qoşunları dəniz və quru yolla Dərbəndə doğru irəlilədilər. I Pyotr
hərbi səfərə başlamamışdan əvvəl Azərbaycan dilində Manifest hazırlatdırıb
Azərbaycana göndərmişdi [7]. Orada Rusiyanın planları pərdələnir və göstərilirdi
ki, guya hərbi səfərdə məqsəd yerlərdə əmin-amanlıq yaratmaq, rus tacirlərini qarət
edənləri cəzalandırmaqdır. Səfəvilər Rusiyanın bu hücumuna heç bir müqavimət
göstərə bilmədi. 1722-ci ilin avqustunda rus eskadrası və piyada qoşunları
Dərbəndə çatdı. Müqavimət göstərməyin mənasız olduğunu görən şəhər hakimi
İmamqulu bəy qala darvazalarının açarını və “Dərbəndnamə”nin XVII əsrə aid
əlyazmasını I Pyotra təqdim etdi [14, s.180]. Lakin Azərbaycanın bir çox
şəhərlərinin hakimləri ruslara tabe olmaq niyyətində deyildilər. Bakı hakimi
Məhəmmədhüseyn bəy I Pyotrun göndərdiyi məktubu qəbul etmədi [5; 12, s.191].
Avqustun sonunda I Pyotr geri qayıtmalı oldu. Bunun səbəbi İsveçlə başlana
biləcək yeni müharibə təhlükəsi və ərzaq gətirən gəmilərin dənizdə fırtınaya
düşməsi idi. Ancaq I Pyotr Xəzər hövzəsini ələ keçirmək planından əl çəkməmişdi.
1722-ci ilin dekabrında polkovnik Şipovun başçılığı ilə rus eskadrası Rəşti işğal
etdi. General Matyuşkinin başçılığı ilə rus donanması 1723-cü ilin iyulunda Bakını
tutdu. Şəhərin hakimi Məhəmmədhüseyn bəy Hacı Davudla əlaqə saxlamaqda
günahkar bilinib, qardaşları ilə birlikdə Rusiyaya sürgün edildi və elə orada
öldürüldülər. Bakıdan sonra ruslar Salyanı ələ keçirdilər. II Təhmasib danışıqlar
aparmaq üçün İsmayıl bəyin başçılığı ilə Peterburqa nümayəndə heyəti göndərdi.
O, 1723-cü ilin sentyabrında Peterburqda Şahdan icazə almadan Rusiya ilə
müqavilə imzaladı. Müqaviləyə görə Dərbənddən Gilana qədər dəniz sahili
torpaqlar Rusiyaya verilirdi. Rusiya isə əfqanlara qarşı mübarizədə Səfəvilərə
kömək edəcəyini öhdəsinə götürürdü. Lakin Şah II Təhmasib ondan izinsiz
bağlanan bu müqaviləni tanımadı [17, s.111]. Osmanlı dövləti Rusiyanın Cənubi
Qafqazda mövcudluğunun əleyhinə idi.
 
Osmanlı qoşunları 1723-cü ilin oktyabrında Gəncəyə hücum etdi. Lakin
Səfəvi qoşunları tərəfindən müdafiə olunan şəhəri tuta bilmədilər. Ancaq 1724-cü
ilin iyununda Osmanlılar İrəvanı müqavimətsiz ələ keçirdilər. Osmanlı dövlətinin
Azərbaycana qoşun çəkməkdə əsas məqsədi Cənubi Qafqazın Rusiya tərəfindən
işğalına yol verməmək və Xəzər dənizinə çıxaraq rus donanmasının Xəzərdə
hegemonluğunun qarşısını almaq idi. Rusiya isə Osmanlı dövləti ilə toqquşmaq
istəmir, münaqişəni diplomatik yolla həll etməyə çalışırdı. Beləliklə, Cənubi
Qafqazda Rusiya, Türkiyə və Azərbaycan dövlətlərinin maraqları toqquşurdu.
1724-cü ilin iyununda İstanbulda Rusiya ilə Osmanlı dövləti arasında sülh
müqaviləsi imzalandı [22, s.3]. İstanbul müqaviləsinin şərtlərinə görə Osmanlılar
Dərbənd, Bakı, Salyan, Lənkəran, Rəşt və Ənzəlinin Rusiyaya ilhaqını tanıdı.
Rusiya isə Xəzəryanı vilayətlərdən başqa Azərbaycanın qalan torpaqlarının
Osmanlı dövləti tərəfindən tutulmasına razılıq verdi. Şamaxı Osmanlıların
himayəsinə keçdi. Yarımmüstəqil Şirvan xanlığı yaradıldı və Hacı Davud Şirvan
xanı təsdiq edildi [22, s.3-4].
 
İstanbul müqaviləsinin şərtlərinə uyğun olaraq Osmanlı qoşunları Cənubi
Qafqazı, o cümlədən Azərbaycan torpaqlarını tutmağa başladı. 1725-ci ildə
Osmanlı qoşunları əvvəlcə Təbrizi və Gəncəni, sonra isə Ərdəbili tutdular. 1726-cı
ildə əfqanlarla bir neçə toqquşmadan sonra Osmanlılar Həmədanı və Kirmanşahı
ələ keçirdilər [13, s.31-34]. Hacı Davud Osmanlının Rusiya ilə razılaşmalarına
qarşı çıxdığından 1728-ci ildə Sultan Əhməd tərəfindən həbs edilib Kiprə sürgün
olundu. Təxminən 1736-cı ildə orada vəfat etdi [25]. Rusiya Azərbaycanda
möhkəmlənmək üçün xristianlardan, o cümlədən ermənilərdən istifadə edirdi. I
Pyotrun 10 oktyabr 1724-cü il tarixli fərmanı ilə rusların işğal etdiyi Azərbaycan
ərazilərində ermənilərin yerləşdirilməsi tövsiyə edilirdi [4, s.403]. I Pyotrun bu
xətti Rusiya hökumətinin sonrakı siyasətində, o cümlədən I Yekaterinanın 22
fevral 1726-cı il tarixli fərmanı ilə davam etdirildi [14, s.184].
 
Azərbaycan dövlətinin ərazisinin bir hissəsini Osmanlılar, bir hissəsini
əfqanlar, bir hissəsini Rusiya tutmuş və onun varlığı təhlükə altında qalmışdı.
Dövlətin taleyini düşünməyə başlayan Şah II Təhmasib və iri əyanlar türk Əfşar
tayfasından çıxmış, dövrünün görkəmli sərkərdəsi Nadirqulu xanın (1688-1747)
ətrafında birləşdilər [20, s.67]. Ölkəni xilas etmək uğrunda mübarizəyə başlayan
Nadirqulu xan 1728-1730-cu illərdə əfqan qoşunlarını ölkədən qovdu və Heratı ələ
keçirdi. Nadirqulu xan 1730-cu ildə İsfahana gəldi və Həmədan, Marağa, Ərdəbil,
Təbriz Osmanlılardan geri alındı. Osmanlı dövlətində 1730-cu ildə baş vermiş
dövlət çevrilişindən (üsyan və çevriliş nəticəsində Sultan III Əhməd taxtdan
endirildi, qardaşı oğlu Mahmud (1730-1754) hakimiyyətə gəldi) istifadə edən
Nadirqulu xan hərbi əməliyyatı genişləndirdi, İrəvan üzərində hücuma hazırlaşdı
[1]. Lakin Xorasanda baş verən üsyan Nadiriqulu xanı ora getməyə məcbur etdi. II
Təhmasib şöhrətini artırmaq üçün 1731-ci ildə hərbi əməliyyatları davam etdirdi və
məğlubiyyətə uğradı. Osmanlılar Ərdəbili və Təbrizi tutdular, II Təhmasib sülh
bağlamağa razı oldu. 1732-ci ilin yanvarında Kirmanşahda sülh bağlandı. Sülhün
şərtlərinə görə İrəvan, Gəncə, Şamaxı və digər bölgələr Osmanlılara verildi.
Həmədan, Kirmanşah, Ərdəbil, Təbriz və digər ərazilər Səfəvilərə qaytarıldı, Araz
çayı onlar arasında sərhəd oldu [20, s.69].
 
I Pyotrun ölümündən sonra saray çevrilişləri Rusiyanı zəiflətdi, onun
beynəlxalq nüfuzu aşağı düşdü. Xəzəryanı əraziləri əldə saxlamaq imkanı
məhdudlaşdı. Rusiya Osmanlıları Xəzər dənizinə buraxmamaq şərti ilə Xəzəryanı
torpaqları Səfəvilərə qaytarmağa razı idi. 1732-ci ilin yanvarında Rusiya ilə
Səfəvilər arasında Rəşt müqaviləsi bağlandı. Müqaviləyə görə Rusiya Kürə qədər
olan torpaqların Səfəvilərə aid olduğunu qəbul etdi, Səfəvilər isə bu ərazilərə
Osmanlıları buraxmamağı öhdəsinə götürdü. Rus tacirlərinə Səfəvi ərazisində
ticarətdə güzəştlər verildi [15].
 
Xorasandan qayıtdıqdan sonra, 1732-ci ilin avqustunda Nadirqulu xan II
Təhmasibi hakimiyyətdən saldı (II Təhmasib Səbzivara (Xorasan vilayəti) sürgün
edildi, 1740-cı ildə orada öldürüldü). Onun 1 yaşlı oğlu Abbas Mirzəni – III Abbas
adı ilə şah elan etdi, özünü onun qəyyumu təyin etdi [21, s.95]. Nadirqulu xan öncə
Osmanlılarla bağlanmış Kirmanşah müqaviləsini ləğv etdi və Osmanlılardan
Azərbaycan torpaqlarını geri qaytarmağı tələb etdi. Rədd cavabı aldıqda yüz minlik
qoşunla bir neçə istiqamətdə hücuma keçdi, tezliklə Bağdad, Şamaxı və digər
əraziləri azad etdi. Daha sonra Nadirqulu xan Osmanlıların ən çox cəmləşdiyi
Gəncə üzərinə hərəkət etdi. Şəhər 4 ay mühasirədə saxlandı. Həmçinin Rusiya ilə
olan çoxdankı münaqişəni də aradan qaldırmağa çalışdı.1735-ci ilin martında
Gəncə yaxınlığında Rusiya və Azərbaycan arasında Gəncə müqaviləsi imzalandı.
Ruslar müqavilənin şərtlərinə görə, Xəzəryanı vilayətləri tamam tərk etdilər [24].
Mühasirədə saxlanılan Osmanlılara kömək etməyə gələn qüvvələr Üçmüədzin
ətrafında Nadirqulu xan tərəfindən darmadağın ediləndən sonra Gəncədəki
Osmanlı qarnizonu təslim oldu. Beləliklə, 1735-ci ilin sonunda Osmanlılar
Azərbaycan torpaqlarından tamamilə çıxarıldı [23, s.15-30].
 
Artıq keçmiş Səfəvi sülaləsinin nümayəndələri xalq arasında öz nüfuzlarını
tamamilə itirmişdilər və ölkəni dağıntıdan xilas etmək iqtidarında deyildilər. Nadir
xan 1736-cı ilin fevral-mart ayında Muğan düzündə, Kürlə Arazın qovuşduğu
Qalaqayında Muğan (Suqovuşan) qurultayını çağırdı. Bu qurultaya hərbi, mülki və
dini əyanlardan, şəhər və kənd başçılarından ibarət minlərlə adam toplanmışdı.
Muğan qurultayında Nadir özünü şah elan etdi [10, s.95]. (III Abbas
hakimiyyətdən məhrum edilərək, Səbzəvara, atasının yanına sürgün edildi. Hər
ikisi 1740-cı ildə Nadir şah Hindistan səfərində olarkən Rzaqulu Mirzənin göstərişi
ilə orada öldürülüb). Beləliklə, Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyuldu,
Əfşarlar sülaləsi hakimiyyətə gəldi. Nadir şah dünyanın ən böyük dövlət
xadimlərindən, ən məşhur sərkərdələrindən olub. Onu “İkinci Makedoniyalı
İsgəndər” adlandırırdılar [11]. Fransa imperatoru Napoleon isə özünü “Yeni Nadir”
hesab edirdi [2]. Nadir şahın dövründə dövlət Azərbaycan, İran, Əfqanıstan,
Gürcüstan, Dağıstan, Orta Asiya, Hindistanın şimal hissəsini əhatə edir, paytaxtı
Məşhəd şəhəri olmaqla ərazisi 3,8 milyon kv. kilometr təşkil edirdi. Dövlətin rəsmi
dilləri Azərbaycan türkcəsi və fars dili idi. Nadir şahın inzibati islahatına görə,
Azərbaycan bəylərbəyliyi yaradıldı. Azərbaycan bəylərbəyliyinə Dərbənddən
Həmədanadək bütün tarixi Azərbaycan torpaqları daxil idi. Bəylərbəyliyin mərkəzi
əvvəlcə Ərdəbil, daha sonra Təbriz şəhəri oldu. Nadir 1736-cı ilin fevral ayında
şahlıq tacını da məhz Azərbaycanda – Muğanda, Suqovuşanda başına qoydu.
Əlbəttə, bu təsadüfi deyildi və Nadirin milli kökünə ehtiramının bir göstəricisi idi.
Nadir şah Azərbaycan imperiyasının yeni yüksəlişinə nail oldu.
Azərbaycan tarixinin ən böyük dövlət və fikir dühalarından Nadir şahın
siyasi fəaliyyətinin ən maraqlı istiqamətlərindən birini onun dini baxışları təşkil
edirdi [6, s.23]. O, dini siyasətdən ayırmağa çalışır və bütün dinlərə diqqətlə
yanaşırdı. Nadir şahın apardığı dini siyasət məzhəb ixtilaflarına son qoyulmasına,
sünnülər, şiələr və sair məzhəb tərəfdarlarının vahid məqsədlər ətrafında
birləşdirilməsinə xidmət edirdi [9, s.462-463]. Məlumdur ki, dövrünün ən qüdrətli
və möhtəşəm dövləti olan Osmanlının sultanı 1517-ci ildə Misirin, Kəbənin
fəthindən etibarən, həm də müsəlman dünyasının xəlifəsi kimi əmir əl-mömin
(möminlərin əmiri) olmaqla ruhani hakimiyyətini də təmsil edirdi. Ona görə də
Nadir şah dini tələblərlə bağlı məsələləri Osmanlı sultanı ilə bilavasitə
razılaşdırmaq yolunu tutdu. Nadir xəlifə kimi ruhani hakimiyyətini də həyata
keçirən Türkiyə Sultanı Mahmud ilə yazışmalardan sonra VI İmam Cəfər Sadiqin
adı ilə bağlı olan, şiəliyi təmsil edən Cəfəriliyin rəsmi təriqət kimi qəbul
edilməsinə cəhd etdi [6, s.27-28]. Hənəfi, Şafii, Hənbəli və Maliki məzhəbləri
kimi, dörd məşhur məzhəblə yanaşı, sünnülər Cəfəri məzhəbini də faktiki olaraq
tanıdılar. Cəfəri məzhəbi bütün məzhəblərin ortaq variantı kimi təklif olunurdu.
Cəfərilər adı çəkilən sünnü məktəbinin davamçıları ilə bərabər, Kəbə ətrafında
namaz üçün ayrıca yer (məqam və ya musalla) aldılar. Bütün bunlar Nadirin
müstəsna fəaliyyətinin nəticəsi idi. Nadir şahın həm dini, həm siyasi, həm də hərbi
sahədə apardığı siyasətin məqsədi məhz Turan və İslam aləmini birləşdirmək idi.
1740-cı ildə Nadir şah Sultan I Mahmuda (1730-1754) belə bir müraciətlə məktub
göndərdi ki, əgər siz Cəfəri məzhəbini qəbul etsəniz, mən bütün məmləkətlərimi
Osmanlıya qataram. Lakin bu müraciətinə müsbət cavab ala bilmədi [8, s.204].
Nadir şahın apardığı müharibələrin bütün xərci xalqın üzərinə düşürdü. Ona
görə də Nadir şaha qarşı xalqın etirazı gücləndirirdi. İlk olaraq 1734-cü ildə
Astarada kəndlilərin çıxışı baş verdi. 1737-ci ildə Nadir şah Hindistan və Mərkəzi
Asiyaya yürüş etdi. Nadir şahın ölkədə olmamasından istifadə edən Car camaatı
1738-ci ildə üsyan qaldırdı. 1738-ci ildə Manik kəndi yaxınlığındakı döyüşdə
Nadir şahın qardaşı İbrahim xanın qoşunları məğlubiyyətə uğradıldı, İbrahim xan
və Gəncə bəylərbəyi Uğurlu xan Qacar öldürüldü. Nadir şahın oğlu Rzaqulu xan
Əmiraslan xanın başçılığı ilə Cara qoşun göndərdi. Lakin bu qoşun da üsyançılar
tərəfindən darmadağın edildi. 1739-cu ildə Mirzə Səfi xanın başçılıq etdiyi qoşun
üsyanı çətinliklə yatırdı. XVIII əsrin 40-cı illərinin əvvəllərində Azərbaycanın
şimal və şimal-şərqində Nadir şaha qarşı üsyanlar şiddətli mərhələyə çatdı. 1741-ci
ilin yayında Nadir şah üsyanı yatırmaq üçün Azərbaycanın şimal-şərqinə qoşun
yeritdi, lakin əhalinin müqavimətini qıra bilmədi. Dağıstandakı uğursuzluqdan
sonra 1743-1747-ci illərdə ölkəni üsyanlar dalğası bürüdü. 1743-cü ildə Şirvanda
Nadir şaha qarşı üsyan baş verdi. Bu üsyanlardan özünü Səfəvi şahzadəsi
adlandıran şəxslər istifadə etməyə çalışırdılar. Nəticədə I, II, III Sam Mirzələr
(özlərini Şah Sultan Hüseynin oğulları kimi təqdim edirdilər) meydana çıxdı [14,
s.187-188]. 1743-cü ildə Şirvan, Şəki, Təbriz, Xoy və Səlmasda yeni üsyanlar baş
verdi. Bu mübarizənin mərkəzlərindən biri Şəki idi. Şəkinin hakimi Məlik Nəcəf
əhali ilə pis rəftar edir, artıq vergilər toplayırdı. Onun zülmündən cana gəlmiş Şəki
əhalisi Nadir şaha şikayət etdi. Şah isə Şəki əhalisinin sakitliyi üçün Şəki
əyanlarından bir nəfərin vəkil seçilməsini tapşırdı. Hacı Çələbi Məlik Nəcəfin
üzərində nəzarətçi və vəkil seçildi. 1743-cü ildə Hacı Çələbi öz adamları ilə Məlik
Nəcəfi öldürdü və Şəkidə hakimiyyəti ələ keçirdi, “Gələrsən-Görərsən” qalasında
möhkəmləndi. Nadir böyük qoşunla Şəkiyə hücum etdi. Lakin 4 aylıq mühasirə bir
nəticə vermədi. Nadir şahın qoşunları geri çəkildi. 1746-cı ildə qala
müdafiəçilərinin ərzaq ehtiyatı tükəndi. Hacı Çələbi vəkil vəzifəsində qalmaq şərti
ilə Nadir şaha təslim oldu [8, s.206].
 
Xalqların azadlıq mübarizəsi, aramsız müharibələr, iqtisadi vəziyyət, iri
qruplar arasındakı mübarizə - bütün bunlar Nadir şahı qəzəbləndirdi və o, kütləvi
cəza tədbirlərinə başladı. Təqiblər aparıcı soyların məşhur nümayəndələrindən də
yan keçmədi. Bunun da nəticəsində sarayda sui-qəsd havası yetişirdi. 1747-ci ilin
iyununda gecə Nadir şah Xorasan vilayətinin Fəthabad məntəqəsində, öz çadırında
qətlə yetirildi. Bu böyük şəxsiyyətin həyatı belə faciəli şəkildə başa çatdı. Qardaşı
oğlu Əliqulu xan Adil şah adı ilə hakimiyyəti ələ keçirdi, lakin dövləti qoruya
bilmədi. Əliqulu xan hələ özünü şah elan etməmiş Nadir şahın bütün övladlarını,
nəvələrini, hamilə qadınlarını öldürtdü. Yalnız Rzaqulu Mirzənin Şah Sultan
Hüseynin qızından olan oğlu 14 yaşlı Şahrux Mirzəni sağ saxladılar. Əliqulu xan
düşünürdü ki, xalq onu şah kimi qəbul etməsə, Səfəvilərin qan qohumu Şahruxu
şah elan edib, onun adından ölkəni idarə edə bilərdi. Ona görə də onu zindana
saldırıb, ehtiyat variant kimi saxladı. Az sonra, 1748-ci ildə iri əyanlar Adil şaha
(Əliqulu xana) qarşı çıxdılar, Şahrux Mirzəni hakimiyyətə gətirdilər. Şahruxun
əmri ilə Adil şah (Əliqulu xan) Məşhədə gətirildi və orada edam olundu. Lakin
Şahrux da hakimiyyətdə qala bilmədi və şah yox, Xorasan hakimi vəzifəsi ilə
kifayətlənməli oldu [16, s.519-527]. Nadir şahın yaratdığı Azərbaycan imperiyası
süqut etdi…
 
Beləliklə, Nadir şahın dövründə Azərbaycan dövləti yeni yüksəliş
mərhələsini yaşadı, dövlətin inkişafında ciddi nəticələr əldə olundu, lakin üsyanlar,
sui-qəsdlər və digər daxili, xarici amillər ölkənin birliyinin qorunub saxlanılmasına
imkan vermədi…
 
Ədəbiyyat:
 
1. Abışov V. Azərbaycan Səfəvi dövlətinin siyasi tarixi. “Xalq Cəbhəsi” qəzeti, 2015, 1
dekabr, s.7.
2. Avropanın Nadir şahı.- millikimlik.az/2022/4408/.
3. Azərbaycana yürüş ərəfəsində I Pyotrun taktiki addımları.- anl.az/el/q/qarabag_6/q-
36.htm.
4. Azərbaycan tarixi. 7 cilddə, III cild (XIII-XVIII əsrlər). Bakı, “Elm”, 2007.
5. Bakının birinci xanı.- Azerbaijan-news.az/view-196096/bakinin-birinci-xani.
6. Baxşəliyev S. Nadir şah Əfşarın dini baxışları.- “Tarix,insan və cəmiyyət”, 2021,
1(31).
6
7. Dəlili H.Ə. Azərbaycan-Rusiya münasibətləri fars və azərbaycandilli sənədlərdə
(1722). Bakı, “Elm”, 1976.
8. Qəniyev H. Azərbaycan tarixi. Bakı, “Elm və Təhsil”, 2019.
9. Lokkart L. Nadir şah. Bakı, “Qanun”, 2013.
10. Mahmudov Y., Şükürov K. Azərbaycan: beynəlxalq münasibətlər və diplomatiya
tarixi. Dörd cilddə, I cild. Bakı, “Elm”, 2009.
11. Makedoniyalı İsgəndər və Nadir şah Əfşar.- millikimlik.az/2021/4067.
12. Fəxrəddin Məmmədov. Azərbaycan tarixi. Mühazirələr kursu. Bakı, “Elm vəTəhsil”,
2011.
13. Mustafazadə T. XVIII yüzillik-XIX yüzilliyin əvvəllərində Osmanlı-Azərbaycan
münasibətləri. Bakı, “Elm”, 2002.
14. Nuriyeva İ. Azərbaycan tarixi, Bakı, “Elm və Təhsil”, 2019.
15. Ömərov V. Azərbaycan XVIII əsrin birinci yarısında. “Səs” qəzeti, 2012, 23 oktyabr,
s.14.
16. Süleymanov M. “Nadir Şah”, Tehran, 2010.
17. Süleymanov N. Azərbaycan Səfəvilər dövləti (1501-1736-cı illər). Bakı: “İqtisad
Universiteti” Nəşriyyatı, 2018.
18. Axworthy M. The Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering
Tyrant. I.B.Tauris, 2006.
19. Азербайджан в первой половине XVIII века.- ensiklopediya.gov.az/az/terms/
20207/cild/12.
20. Гёзалова Н. Вопросы истории Азербайджана XVIII в. (на основе сведений
англоязычных источников и историографии. Москва, ООО «ИРИС ГРУПП», 2010.
21. Иванов М.С. Очерк истории Ирана. Москва, Госполитиздат, 1952.
22. Кидирниязов Д.С., Махмудова К.З. Стамбульский договор 1724 г. и его
значение для кавказской политики России.- - syberleninka.ru/article/n/stambulskiy-
dogovor-1724-g-i-ego-znachenie-dlya-kavkazskoy-politiki-rossii/viewer/.
23. Мустафазаде Т.Т. Из истории русско-турецких отнашений в 20-х годах XVIII
века// Отечественная история/ Российская АН, No2, Москва, 2002.
24. Новая энциклопедия. Гянджинский договор 1735.- runivers.ru/newenc/474610.
25. Послднее пристанище Хаджи Давуда.- finka.ru/glav_lenta/12972-
poslednee-pristanische-hadzhi-davuda.html.
 
 
Oxşar xəbərlər
01:00, Bu gün
Türkiyənin Egey sahillərində kəşf ediləcək məkanlar
00:58, Bu gün
Zaqatala ərazisinə dolu yağıb
00:45, Bu gün
Türkiyə Prezidenti “Avroviziya”nı ailə dəyərlərinə təhlükə adlandırıb
00:39, Bu gün
Qaxda maşın təmiri sexləri yanır
00:04, Bu gün
Rəisiyə hədiyyə edilən üzük meyitin tapılmasında kritik rol oynadı - FOTO
20 May 2024 | 23:47
Ərdoğan: Türkiyə Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olmaq üçün hər cür səy göstərir
20 May 2024 | 23:27
Çin aprel ayında Rusiyadan neft idxalını azaldıb
20 May 2024 | 23:17
Roza Zərgərli bu fotolarla gündəmə gəldi
20 May 2024 | 23:13
Ərəb şirkəti Avropadan 144 təyyarə alır
20 May 2024 | 22:59
Ədliyyə naziri Tovuzda vətəndaşları qəbul edib
20 May 2024 | 22:57
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 20 nəfər həbs olundu
20 May 2024 | 22:47
ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib
20 May 2024 | 22:46
Muxtar Babayev Tacikistanın sənaye və yeni texnologiyalar naziri ilə görüşdü
20 May 2024 | 22:44
"Estoniya NATO qoşunlarının Ukraynaya göndərilməsinə çağırış edib" - "Financial Times"
20 May 2024 | 22:42
ABŞ İrana helikopter qəzası ilə bağlı yardım etməkdən imtina edib
20 May 2024 | 22:42
Rusiyada azərbaycanlılara məxsus restoran yanıb - VİDEO
20 May 2024 | 22:14
Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz
20 May 2024 | 22:12
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
20 May 2024 | 22:01
Türkiyədə milli matəm elan edildi
20 May 2024 | 21:55
“Süni intellektin tənzimlənməsi - Milli parlamentlərin rolu”
20 May 2024 | 21:54
"Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Netanyahunun həbsinə order verilməsini tələb edir" - CNN
20 May 2024 | 21:53
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
20 May 2024 | 21:50
"Liverpul" klubu yeni baş məşqçisinin adını açıqlayıb
20 May 2024 | 21:49
Pakistandan Türkiyəyə maraqlı təklif
20 May 2024 | 21:07
“O,  daha çox Avropa dəyərlərinə üstünlük verir, Rusiyaya qarşı İngiltərə və Fransa ilə münasibət qururdu...”
20 May 2024 | 21:04
Bakı-Tiflis-Qars xətti üzrə yükdaşımalara start verildi
20 May 2024 | 21:03
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
20 May 2024 | 20:52
Azərbaycan-İran əməkdaşlığı regional iqtisadi inkişafa töhfə verəcək
20 May 2024 | 20:50
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
20 May 2024 | 20:42
İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlandı
20 May 2024 | 20:38
Ərdoğan İlham Əliyevə zəng edib
20 May 2024 | 20:35
Azərbaycanda iki teatrın adı dəyişdirilir, işçilərinin maaşı artırılır
20 May 2024 | 20:22
Rəisinin olduğu helikopterin siqnalı ya sönülü olub, ya da...
20 May 2024 | 20:14
Azərbaycan cüdoçusu dünya çempionu olub
20 May 2024 | 20:04
Ağsuçaydan sel keçir, Şahdağa qar yağır - FAKTİKİ HAVA
20 May 2024 | 19:54
Putin müdafiə nazirinin müavinini işdən çıxardı
20 May 2024 | 19:45
BMT TŞ-nin iclasında İrana görə bir dəqiqəlik sükut elan olunub
20 May 2024 | 19:33
Sarımsağı belə yetişdirin – Alma boyda olacaq
20 May 2024 | 19:26
ABŞ və İran arasında gizli danışıqlar - Təfərrüatlar AÇIQLANDI
20 May 2024 | 19:19
Rəisinin helikopteri fövqəladə vəziyyət siqnalı verməyib? - Türkiyəli nazirdən AÇIQLAMA
20 May 2024 | 19:11
Allahşükür Paşazadə Xameneyiyə başsağlığı verdi
20 May 2024 | 19:00
Bəxt onlardan üz çevirdi: Üç bürc üçün mayın sonu sevindirici olmayacaq
20 May 2024 | 18:53
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
20 May 2024 | 18:44
Cavanşir körpüsünün söküntü işləri bu tarixdə bitəcək
20 May 2024 | 18:37
"Ayrı-ayrılıqda gözəlik, amma tamamlana bilmədik" - FOTO
20 May 2024 | 18:30
Faiq Ələkbərli M.Ə.Rəsulzadə ilə bağlı respublika simpoziumunda iştirak edib - FOTO
20 May 2024 | 18:21
BDU-nun Tələbə Elmi Cəmiyyəti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə seminarlara başlayıb - FOTO
20 May 2024 | 18:02
Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır" - VİDEO
20 May 2024 | 17:57
Əli Əsədov qərar imzaladı
20 May 2024 | 17:54
UNEC-in ev sahibliyi ilə Türk Universitetlər Birliyinin 7-ci Baş Assambleyasının iclası keçirilib - FOTO
20 May 2024 | 17:51
BDU tələbələri üçün “workshop”: “Professional CV necə hazırlanır?”
20 May 2024 | 17:48
“Rusiyada diversiyalar törədən partizanlar arasında tanıdığım ruslar da var...”-Ekspert
20 May 2024 | 17:48
"İsrail öz hərbi əməliyyatlarını siyasi strategiya ilə uzlaşdırmalıdır" - Sallivan
20 May 2024 | 17:46
Rəisinin dəfn tarixi və yeri açıqlandı - YENİLƏNİB
20 May 2024 | 17:45
Fəzail Ağamalı: "Siyasi birliyin milli dövlətçiliyimizdə yeri və rolu"
20 May 2024 | 17:41
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
20 May 2024 | 17:38
Prezident fərman imzaladı
20 May 2024 | 17:37
“İstərdik ki, səmimi olaraq elan etdikləri yolun doğruluğuna inansınlar”
20 May 2024 | 17:35
Türk Dövlətləri Təşkilatının Baş katibi BDU-da - FOTO
20 May 2024 | 17:34
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
20 May 2024 | 17:32
“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqləndi
20 May 2024 | 17:29
Bu mayda yağıntı əvvəlki illərlə müqayisədə daha çox olub
20 May 2024 | 17:26
BDU-nun daha bir tələbəsi İsveçin dövlət təqaüdünün qalibi olub
20 May 2024 | 17:23
Zəngəzur meşələrindən reportaj - VİDEO
20 May 2024 | 17:20
"Azər Axşam mənim üçün heç kimdir"
20 May 2024 | 17:17
BDU-da Heydər Əliyevə həsr edilmiş poeziya gecəsi keçirilib - FOTO
20 May 2024 | 17:13
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
20 May 2024 | 17:11
BDU-da “Şərq filologiyası məsələləri” mövzusunda Respublika elmi konfransı keçirilib - FOTO
20 May 2024 | 17:09
AFFA Hakimlər Komitəsindən sərt QƏRAR
20 May 2024 | 17:05
DJ Fateh BDU-nun tələbə-jurnalistlərinə təlim keçib - FOTO
20 May 2024 | 17:00
Qarabağ Universitetinə rektor təyin edildi
20 May 2024 | 16:55
Sakit okean regionunun institutları Yeni Kaledoniyaya dəstək bəyanatı yayıblar
20 May 2024 | 16:50
Ukrayna Rusiyanın Qara dəniz Donanmasının daha bir gəmisini batırıb
20 May 2024 | 16:45
"Dollar Nizami"yə hökm oxundu
20 May 2024 | 16:40
Deputat: "Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?"
20 May 2024 | 16:35
BDU-da “Könüllülük həftəsi” keçirilir - FOTO
20 May 2024 | 16:29
Xarici dillər üzrə imtahana və əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat aparılır
20 May 2024 | 16:25
Keçən il Azərbaycanda qarşısı alınan erkən nikahların sayı AÇIQLANDI
20 May 2024 | 16:22
Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar
20 May 2024 | 16:20
Hidayət Heydərov dünya çempionatında finala yüksəldi
20 May 2024 | 16:16
Muxtar Babayev Latviya Seyminin sədri ilə görüşdü
20 May 2024 | 16:10
Ötən il Azərbaycanda 74 minə yaxın abort qeydə alınıb - RƏSMİ
20 May 2024 | 16:08
Mədəniyyət Nazirliyinin Teatr sektoruna təyinat olub
20 May 2024 | 16:05
Azərbaycanda neçə nəfər aliment ödəyir?
20 May 2024 | 16:04
TÜRKSOY-un, ADA və ADMİU-nun rəhbərliyi “Əsrə bərabər gün” tamaşasında
20 May 2024 | 16:00
Canlı efirdə QALMAQAL: Dalaşıb efiri tərk etdi - VİDEO
20 May 2024 | 15:55
Qəza olan ərazidə naməlum şəxs göründü - VİDEO
20 May 2024 | 15:49
"Rusiyanın əsl dostu, görkəmli siyasətçi Rəisinin işıqlı xatirəsi həmişə qəlbimdə yaşayacaq" - Putin
20 May 2024 | 15:47
"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq
20 May 2024 | 15:47
"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq
20 May 2024 | 15:42
Ötən il 175 nəfər münasibətdə olduğu şəxsin zorakılığına məruz qalıb - HESABAT
20 May 2024 | 15:37
"Bild": "Rəisinin olduğu helikopter uçuşa yararsız idi"
20 May 2024 | 15:32
İran prezidentinin helikopterinin qəzaya uğradığı yerdən yeni görüntülər - VİDEO
20 May 2024 | 15:31
“Azərbaycanın qərb regionlarında icma əsaslı aqroturizmin inkişafı imkanları və perspektivləri” mövzusunda konfrans keçirilib
20 May 2024 | 15:26
Azərbaycanda 9 kişiyə mühafizə orderi verildi
20 May 2024 | 15:21
Ölkədəki aliment ödəyicilərinin sayı açıqlandı
20 May 2024 | 15:20
Elmira Rəhimova Mahsun Kırmızıgüllə görüşünün səbəbindən DANIŞDI: "Gözlərinə inanmırdı ki, o mənəm..."
20 May 2024 | 15:15
Sürücülərin NƏZƏRİNƏ: Bu küçədə hərəkət məhdudlaşdırılacaq
20 May 2024 | 15:10
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
20 May 2024 | 15:05
İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi - YENİLƏNİB + FOTO
GÜNLÜK
20 May 2024 | 07:33
“Telefonundan siqnal gəldi, ora gedirik” - Helikopterin yeri bilindi
20 May 2024 | 11:23
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
20 May 2024 | 08:09
Artvində azərbaycanlı qadınların başına oyun açdılar: "Sənin işin kişilərlə..."
20 May 2024 | 08:36
İran Prezidenti və heyəti helikopter qəzasında HƏLAK OLUB
20 May 2024 | 07:47
Xilasedicilər istilik mənbəyinə çatdılar - Əsər-əlamət yoxdur
20 May 2024 | 15:20
Elmira Rəhimova Mahsun Kırmızıgüllə görüşünün səbəbindən DANIŞDI: "Gözlərinə inanmırdı ki, o mənəm..."
20 May 2024 | 07:26
İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub
20 May 2024 | 08:49
İran prezidentinin vəzifəsini icra edəcək şəxsin adı BƏLLİ OLDU 
20 May 2024 | 08:17
Helikopterin qəzaya uğradığı yerin ilk FOTOSU
20 May 2024 | 08:28
İranın polis şefinin öldürülməsi haqda xəbərlər yanlışdır...-“Tasnim”
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
20 May 2024 | 07:33
“Telefonundan siqnal gəldi, ora gedirik” - Helikopterin yeri bilindi
20 May 2024 | 11:23
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
20 May 2024 | 08:09
Artvində azərbaycanlı qadınların başına oyun açdılar: "Sənin işin kişilərlə..."
20 May 2024 | 08:36
İran Prezidenti və heyəti helikopter qəzasında HƏLAK OLUB
20 May 2024 | 07:47
Xilasedicilər istilik mənbəyinə çatdılar - Əsər-əlamət yoxdur
20 May 2024 | 15:20
Elmira Rəhimova Mahsun Kırmızıgüllə görüşünün səbəbindən DANIŞDI: "Gözlərinə inanmırdı ki, o mənəm..."
20 May 2024 | 07:26
İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub
20 May 2024 | 08:49
İran prezidentinin vəzifəsini icra edəcək şəxsin adı BƏLLİ OLDU 
20 May 2024 | 08:17
Helikopterin qəzaya uğradığı yerin ilk FOTOSU
20 May 2024 | 08:28
İranın polis şefinin öldürülməsi haqda xəbərlər yanlışdır...-“Tasnim”