Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
Elm və Təhsil
Oxunub: 2286
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
“Hürufilər deyirdilər ki, hökmdarlar qaniçəndirlər, din-şəriət xadimləri isə riyakardırlar. İnsanları ədalətə qovuşdurmaq üçün yeni tipli hökmdar, kamil insan lazımdır...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada:)
 
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı... -XXII mövzu
 
XIV əsrin ikinci yarısı - XV əsrin əvvəllərində Azərbaycanın siyasi-ictimai
vəziyyəti. Hürufilik hərəkatı. Şirvanşahların yeni yüksəlişi...
 
XIV əsrin ilk onilliklərindən başlayaraq Hülakülər sülaləsinin mövqeyi
zəiflədi, hakimiyyət uğrunda mübarizəyə Çobanilər, Cəlairilər sülalələri qoşuldu,
vaxtaşırı Qızıl Orda xanları da Azərbaycanda hakimiyyəti nəzarətə götürməyə
çalışırdılar. Azərbaycan sərt siyasi mübarizə meydanına çevrilmişdi.
1357-ci ildə Qızıl Orda xanı Canı bəy sui-qəsd nəticəsində öldürüldü və
bundan sonra onun Təbrizdəki nümayəndəsi, oğlu Bərdi bəy şəhəri tərk edərək,
təcili Qızıl Ordaya qayıtdı. Boşluqdan istifadə edən Çobani nəslinin nümayəndəsi
Əmir Əxicuq hakimiyyəti ələ aldı, lakin cəmi bir il hakimiyyətdə qala bildi: 1358-
ci ildə Cəlairi Şeyx Üveys (1354-1374) Təbrizi tutdu və paytaxtını Bağdaddan
buraya köçürdü [22, s.156].
 
Cəlairilər Cənubi Azərbaycanı tutduqdan sonra bir müddət Şirvanşahlar
müstəqil oldular. Hətta Şirvanşah Kavus (1348-1372) iki dəfə Təbrizə hücum edib
onu Cəlairilərdən azad etməyə cəhd göstərdi. Lakin 1368-ci ildə Şeyx Üveys
hücum edib Şirvanı da tutdu. Daxili idarəçilik sistemi saxlanılmaqla Şirvanşahlar
da Cəlairilərdən asılı vəziyyətə salındı [22, s.156].
 
Lakin Şeyx Üveysin ölümündən sonra ölkədə daxili çəkişmələr başladı.
Şeyx Üveysi əvəz edən oğlu Sultan Hüseynin (1374-1382) dövründə siyasi
çəkişmələrə sülalədaxili mübarizə də əlavə olundu. Belə ki, müxtəlif imkanlı
qruplardan dəstək alan Sultan Hüseynin qardaşı Sultan Əhməd taxt-tac uğrunda
mübarizə aparırdı. 1382-ci ildə Sultan Hüseyn qardaşı Sultan Əhməd tərəfindən
öldürüldü. Hakimiyyəti qanunsuz ələ keçirən Sultan Əhmədin dövründə ara
müharibələri daha da qızışdı [7, s.104].
 
Bu dövrdə həm Teymurilər, həm Şirvanşahlar, həm də Qaraqoyunlu tayfa
ittifaqı Cəlairilərin içərisində gedən proseslərdən bəhrələnməyə çalışır, imkan
düşdükcə bu hakimiyyətə qarşı diplomatik, hərbi tədbirlər görürdülər. Cəlairidən
asılılığı qəbul edən Şirvanşah Kavus 1372-ci ildə vəfat etdi və hakimiyyətə onun
oğlu Hüşəng (1372-1382) gəldi. Hüşəng Şirvanın Cəlairi asılılığından azad
olunması üçün heç bir cəhd etmədi, Cəlairilərə ödənilən xərac isə xalqı dilənçi
halına salmışdı. Hüşəngdən narazı kütlələr 1382-ci ildə üsyan edib onu öldürdülər.
Hakimiyyətə Hüşəngin əmisi oğlu İbrahim gətirildi. Hüşəngin təqiblərindən qaçıb
Şəkidə xırda torpaq sahibi kimi fəaliyyət göstərən İbrahimin babaları Dərbənd
hakimi olduğu üçün o, I İbrahim Dərbəndli adı ilə taxta çıxdı (1382-1417).
Beləliklə, Şirvanşahlar tarixində 3-cü sülalənin, Dərbəndlilərin(1382-1538)
hakimiyyəti başlandı [19, s.170-171; 23, s.196, 207]. I İbrahim uzaqgörən, müdrik
dövlət xadimi idi. O, hakimiyyətə gələn kimi iri əyanların özbaşınalığına son
qoydu, mərkəzi hakimiyyəti gücləndirdi. Cəlairi sarayındakı ara müharibələrindən
yararlanaraq yenidən Şirvanın tam müstəqilliyini bərpa etdi və bununla
kifayətlənməyərək bütün Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda
Cəlairilərə qarşı mübarizəyə başladı.
 
Cəlairilərə qarşı ən fəal çıxış edənlərdən biri də Qaraqoyunlular idi.
Qaraqoyunlular türklərin oğuz qoluna aid idi. Baharlı (Qaraqoyunlu) və Bayandur
(Ağqoyunlu) soyları eyni kökdən, oğuzlardan idilər. Hər iki sülalə haqqında orta
əsrlərə aid üç mənbədə məlumat verilir. Həsən bəy Rumlunun Əhsənüt-Təvarix
(Tarixlərin ən yaxşısı) əsərində (XVI əsr) [9] “Bayandur” və “Türkman”
ifadələrindən, Əbu Bəkr Tihraninin “Kitabi Diyarbəkriyyə” əsərində (XV əsr) [4]
“Qaraqoyunlu”, Ağqoyunlu” ifadələrindən, Nizaməddin Şaminin “Zəfərnamə”
əsərində (XIV-XV əsrlər) [10] “Türkman” ifadəsindən istifadə olunub. Digər
mənbələrdə, dünya tarixşünaslığında əsasən “Qaraqoyunlu”, “Ağqoyunlu” ifadələri
işlədilir. Tayfa birliyinin bu cür adlandırılması müxtəlif şəkildə izah olunur.
Azərbaycan bədii yaradıcılığında, həmçinin mülkiyyət, zənginliklə bağlı
qoyunçuluq təsərrüfatları var-dövlət, iqtisadi güc, qüdrət göstəricisi hesab
olunurdu. Bütün Avropa, o cümlədən “qoyunlar insanları yedi” ifadəsi ilə məşhur
olan XVI əsr İngiltərəsində də qoyunçuluq eyni məzmuna malik idi. Bir rəvayətə
görə, ata oğullarından birinə ağ, digərinə qara qoyun, qoç bağışlayır, onların hər
ikisi bacarıqlı olur, var-dövlət toplayırlar, qara və ağ qoyunlardan ibarət qarışıq
sürüləri də olur, ilkin sərvət mənbələrinə uyğun olaraq isə “ağqoyunlu”,
“qaraqoyunlu” ayamalarını alırlar. “Qara qoçun intiqamı ağ qoçda qalmaz” kimi
xalq deyimləri isə bu ifadələrin güc, qüvvət simvolu olduğunu göstərir. Rəsmi
yanaşmaya görə XIII əsrin əvvəllərində Mərkəzi Asiyadan Azərbaycana gələn
Qaraqoyunluların sayı artmış və coğrafi arealı xeyli genişlənmişdi. XIV əsrin
ortalarında Qaraqoyunlular Van gölü ətrafı ərazilərdə Ərzincan, Sivas və Cənub-
Şərqi Anadoluda yaşayırdılar. XIV əsrin 80-ci illərində artıq Qaraqoyunlu tayfa
ittifaqı yarandı. İttifaqa Baharlı nəsli başçılıq edirdi [6, s.12]. Ona görə də,
mənbələrdə “Qaraqoyunlu” ilə yanaşı “Baharlı” adı da işlədilir.
 
Qaraqoyunlu sülaləsinin banisi oğuzların Baharlı tayfasının Baranlı
nəslindən olan Bayram Xoca (1351-1380) olmuşdur [12, s.40]. Bayram Xoca
Cəlairilərlə mübarizə aparırdı. Bu mübarizədə uğur qazana bilməyən Qaraqoyunlu
tayfa ittifaqı dağılma ərəfəsində idi. Lakin Bayram Xocanın oğlu Qara Məhəmməd
(1380-1389) yenidən tayfa ittifaqını möhkəmləndirdi, Cəlairilərlə münasibətləri
nizama saldı, onlarla qohum olaraq, Sultan Əhmədin qızı ilə evləndi. Van gölü
yaxınlığındakı Ərciş şəhərini, sonra Van şəhərini özünə paytaxt seçən Qara
Məhəmməd hətta adına pul da kəsdirmişdi. Qüvvə topladıqdan sonra o, 1382-ci
ildə hücum edib Təbrizi ələ keçirdi. Bununla Sultan Əhmədin hakimiyyətə
gəlməsinə kömək etdi və o da, Qara Məhəmməddən asılılığı qəbul etdi [5, s.6].
 
1385-ci ildə Əmir Teymur Azərbaycana hərbi yürüşə başladı. Qara Məhəmməd
Teymurilərdən çəkinirdi və ona görə də 1385-ci ildə Suriyaya getdi.
Əmir Teymur (1370-1405) Orta Asiyada mərkəzləşmiş dövlət yaratdıqdan
sonra işğalçılıq müharibələrinə başladı. 1385-ci ildə Sultaniyyə (Cənubi
Azərbaycanın Zəncan vilayətində şəhər) yaxınlığında Cəlairi Sultan Əhmədin
qoşunları məğlubiyyətə uğradılsa da, paytaxt Səmərqənddə baş verən üsyan Əmir
Teymuru geri qayıtmağa məcbur etdi [7, s.104]. Beləliklə, 1385-ci ildə Cəlairi
Sultan Əhməd məğlub edilmiş, Qara Məhəmməd Suriyaya çəkilmiş və Əmir
Teymur geri Asiyaya qayıtmışdı. Belə bir şəraitdə Qızıl Orda xanı Toxtamış fürsəti
əldən verməyərək Dərbənddən Azərbaycana yürüş etdi, Təbrizi 8 gün mühasirədə
saxladı. Şəhər müdafiəçilərinə toxunmayacaqlarına söz verərək hiylə vasitəsilə
şəhərə daxil oldu və şəhər talan edildi. Bu vaxt Əmir Teymur Qızıl Ordaya hucum
etdi və bu hadisə Toxtamışı məcbur etdi ki, təcili öz ölkəsinə qayıtsın.
Əmir Teymur Azərbaycana yarımçıq qalan birinci yürüşünü 1386-cı ildə
davam etdirdi. Bu yürüş zamanı Təbriz ələ keçirildi, məşhur sənətkarlar, ustalar
ailələri ilə birlikdə Səmərqəndə göndərildilər. 1387-ci ildə Teymur Naxçıvana
hücum etdi. Əlincə qalasını mühasirəyə aldı və bu qəhrəman qala 1399-cu ilə qədər
Teymurilərə təslim olmadı. 1387-ci ildə Ərzurumun Çapaqçur suyu deyilən
yerində Əmir Teymurun qoşunları ilə Qaraqoyunlu qoşunları üz-üzə gəldilər. Bu
döyüşdə Qara Məhəmməd Əmir Teymurun qüvvələrini məğlub etdi. Əmir Teymur
həyatındakı ilk və son məğlubiyyətin əvəzini çıxmağa cəhd göstərdi, lakin Qara
Məhəmməd onunla növbəti döyüşə girməyərək ərazini tərk etdi. 1387-ci ildə
Teymur Azərbaycanı tərk etdi və buranın idarəçiliyini oğlu Miranşaha həvalə etdi.
Bu qələbədən ruhlanan və Teymurun Səmərqəndə qayıtdığını bilən Qara
Məhəmməd 1388-ci ildə hücum edərək Təbrizi Cəlairi əmirlərindən aldı. 1389-cu
ildə başqa bir Qaraqoyunlu əmiri Qara Pirhəsən Qara Məhəmmədi və onun oğlu
Bayramı qətlə yetirdi ki, Qaraqoyunlu tayfa ittifaqına özü başçılıq etsin. Lakin
Qara Pirhəsən buna nail ola bilmədi. O, Qara Məhəmmədin digər oğlu Qara Yusif
(1390-1420) tərəfindən məğlub edildi [7, s. 100]. Bu vaxt Təbriz Teymurilərin
nəzarətinə qaytarıldı.
 
1392-ci ildə Təbriz Qaraqoyunlular tərəfindən tutuldu [8, s.61]. Bunu eşidən
Əmir Teymur 1392-ci ildə Azərbaycana qarşı ikinci yürüşə başladı. Həmin il
Təbriz Teymurilər tərəfindən ələ keçirildi. Bundan sonra Əmir Teymur
Qaraqoyunluların mərkəzi şəhəri Vanı tutdu. Teymur tərəfindən məğlub edilən
Cəlairi Sultan Əhməd və Qaraqoyunlu Qara Yusif ittifaq bağladı. 1394-cü ildə
Bağdad döyüşündə Cəlairi-Qaraqoyunlu birləşmiş qüvvələri Əmir Teymur
tərəfindən məğlub edildi [5, s.5]. Teymur tərəfindən təqib olunan Sultan Əhməd və
Qara Yusif əvvəlcə Osmanlı dövlətinə sığındılar, Əmir Teymurun tələbinə
baxmayaraq, Sultan İldırım Bəyazid onları təhvil vermədi ki, mənə pənah gətirmiş
qonaqları rədd edə bilmərəm. Onlar sonra Misirə, türk Məmlüklər dövlətinə
getdilər. Bu dövlətin rəhbəri Sultan Bərkuk da onları Əmir Teymura təhvil
vermədi. Lakin onun vəfatından sonra oğlu Sultan Fərəc onları həbs etdirdi. Cəlairi
dövlətinin başçısı Sultan Əhmədin oğlu Məlik Tahir Əlincə qalasında Teymurilərlə
savaşmaqda davam edirdi. Qalaya Teymurilər 4 dəfə genişmiqyaslı hücum təşkil
etsələr də, onu ala bilmədilər. 1399-cu ildə Əmir Teymurun Azərbaycana 3-cü
yürüşü zamanı yenidən Əlincə qalasına qarşı böyük hərbi qüvvələr göndərildi. 13
illik mühasirədən sonra müdafiəçilərin sayı seyrəlmişdi, ərzaq, silah tükənirdi.
Məlik Tahirin Cəlairi xəzinəsini götürüb xəlvəti Bağdada qaçmasından sonra qala
müdafiəçiləri ruhdan düşdülər və 1399-cu ildə Əlincə qalası Əmir Teymura təslim
oldu [2, s.352].
 
Hürufilik təlimi. 
Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsi
nəticəsində Teymurilərin zülmünə qarşı narazılıq durmadan artırdı. Belə bir
şəraitdə hələ XIV əsrin sonlarında Azərbaycanda dini xurafata və sonralar
Teymurilər hökmranlığına qarşı yönəldilmiş dini-siyasi hərəkat, hürufilik
yayılmağa başladı. Hürufilik (hərflər sözündəndir) şiəlikdə bir təriqətdir.
Azərbaycanda meydana gələn bu hərəkat Əcəm İraqında, Osmanlı dövləti
ərazisində və Mərkəzi Asiyada da yayılmışdı. Bu təlimin banisi görkəmli
Azərbaycan filosofu Şeyx Fəzlullah Cəlaləddin Nəimi olmuşdur və onun əsas
ideyaları “Cavidannamə” (Əbədiyyət kitabı) əsərində əks olunmuşdur [18, s.104].
Hürufilik Allahın təbiətdə, əşyada, sözdə, xüsusən insanda təcəssümünü əsas
götürürdü. Bu nəzəriyyənin dərin sosial kökü vardı. Hürufilər deyirdilər ki,
hökmdarlar qaniçəndirlər, din-şəriət xadimləri isə riyakardırlar. İnsanları ədalətə
qovuşdurmaq üçün yeni tipli hökmdar, kamil insan lazımdır. Belə insan isə
Nəimidir [17, s.284].
 
Hürufiliyə görə Allah eyni zamanda söz, kəlam şəkilində təcəssüm edir,
sözlər isə hərflərlə ifadə olunur. Deməli, Allah sözlərdə təcəssüm etdiyi üçün eyni
zamanda hərflərdə əyan olur, hərflər isə kamala çatmış insanın üzündə əks olunur.
Fəzlullah Nəimi farsın 32 hərfini əsas götürmüşdür. Onun “Cavidannamə” əsərində
32 hərfdən bəhs edilir. Hürufilər başqa rəqəmlərlə də hərflərdən ibarət rəmzlər
yaradır, 28 hərfli ərəb əlifbasının müqəddəs olduğunu, onun vasitəsilə dünyanın
sirlərini açmağın mümkün olduğunu qeyd edirdilər. Hürufilərə görə, Allahın
yaratdığı dünya daim dövr edir və bu, görünən dəyişikliklərin səbəbidir. Allah iki
yolla – Allahın özünəbənzər yaratdığı insanda və Allahın nitqində, yəni Quranda
və əşyaların adında təzahür edir. Bu təlimə görə canlı aləmin mərkəzində duran
insan kamilləşərək Allah səviyyəsinə yüksələ bilər [14]…
 
Hürufilik tərəfdarları Teymurilər tərəfindən amansızcasına təqib olunaraq
cəzalandırılırdılar. Miranşah atası Əmir Teymurun əmri ilə 1401-ci ildə
Naxçıvanda Əlincə qalasında Nəimini edam etdirdi [20]. Hürufiliyin digər
görkəmli nümayəndələri – məşhur hürufi şairi İmadəddin Nəsimi (əsl adı Seyid Əli
idi), Əbdülhəsən Əli və başqaları idi. Bunların başçılığı ilə hürufilər Türkiyə
ərazisində fəaliyyət göstərmiş və türk dilində geniş ədəbiyyat yaratmışlar.
Hürufiləri daim təqib edən din xadimlərinin tələbi ilə Misir hakimi Sultan
Müəyyədin əmri ilə Nəsimi 1417-ci ildə Hələb şəhərində həbs edilib, dərisi
soyulmaqla edam olunub [24, s.137-142]. Dahi Azərbaycan şairi M.Füzulinin
əsərlərində də hürufilik motivləri vardır.
 
Azərbaycan, Əcəm, Şərqi Anadoludakı uğurlardan sonra Əmir Teymurun
qoşunları Osmanlı dövlətinin hüdudlarına çıxdılar. 1402-ci ildə iki böyük türk
dövləti, Teymurilərlə Osmanlılar arasında Ankara yaxınlığında baş verən döyüş
Teymurun Sultan İldırım Bəyazid üzərində qələbəsi ilə başa çatdı. 1405-də Əmir
Teymur vəfat etdi, Qara Yusif və Sultan Əhməd həbsdən çıxaraq, dərhal Misirdən
Azərbaycana qayıtmağı qərara aldılar. 1406-1410-cu illərdə Azərbaycan ərazisi
Teymurilər, Cəlairilər və Qaraqoyunlular arasında mübarizə meydanına çevrildi.
Bu dövrdə Azərbaycanın şimalında Şirvanşahların Dərbəndlilər sülaləsinin
(1382-1538) yüksəlişi başladı. Dərbəndlilər ənənəvi “Şirvanşah” titulu ilə yanaşı
həm də “xan” və “xaqan” titulları daşımış, türklüklərini qabartmış və türk
mədəniyyətinin, türkçülüyün daşıyıcıları olmuşlar [15; 11, s.432; 13, s.238]. Bu
sülalənin hakimiyyəti dövründə fars dili və Azərbaycan türkcəsi rəsmi dil kimi
işlədilirdi [3, s.8; 1, s.216]. Bu dövrdən başlayaraq dövlətin paytaxtı Bakı və
Şamaxı şəhərləri, digər iri şəhərləri isə Dərbənd, Şabran, Mahmudabad, Qəbələ,
Cavad olmuşdur. Dərbəndlilərin ilk nümayəndəsi I İbrahim (1382-1417)
Azərbaycan dövlətini gücləndirdi və müstəqil siyasət yeritdi, müxtəlif dövrlərdə
Azərbaycanın digər əraziləri də, o cümlədən Təbriz, Arran, Şəki onun hakimiyyəti
altına keçdi [16, s.98-99]. I İbrahimin dövründə Azərbaycanın Araz çayından
cənuba doğru əraziləri əsasən Hülakülər sülaləsinin varislərinin nəzarəti altında idi,
hadisələr iki Azərbaycan dövlətinin qarşıdurması şəraitində davam edirdi.
Həmçinin Orta Asiyada dövlətini qurmuş Əmir Teymur və onun varislərinin, digər
tərəfdən, şimala doğru ərazilərə nəzarət edən Qızıl Orda xanlarının yürüşləri
vəziyyəti ağırlaşdırırdı. I İbrahim bu ağır şəraitdə bu və ya digər dövlətlərlə
müttəfiqlik əlaqələrinə girərək müstəqil Azərbaycan dövlətçiliyini davam etdirirdi.
Əmir Teymurun ölümündən (1405-ci il) sonra İbrahim bir qədər fəallaşdı,
həmin il Əmir Teymurun nəvəsi Mirzə Ömərin qoşunlarını məğlub edərək Kür
çayını keçdi, Gəncəni və Qarabağın xeyli hissəsini nəzarətə götürdü [21, s.154].
1405-ci ilin yayında Əmir Teymurun nəvəsi Ömər Mirzə cənuba doğru
çəkildi və Təbrizə gələrək əhalidən xərac toplamağa başladı. Qəzəblənmiş xalq
ayağa qalxaraq üsyan etdi və Ömərin qoşununu şəhərə buraxmadılar. 1406-cı ilin
yazında Ömərin böyük qardaşı Əbu Bəkr Təbrizə hücum edərək əhalidən 100 min
qızıl pulla xərac tələb etdi. Narazı qalan xalq yenidən üsyan edərək I İbrahimi
köməyə çağırdı. 1406-cı ilin mayında I İbrahim Arazı keçərək Təbrizə daxil oldu.
Əhali I İbrahimi mehribanlıqla qarşıladı və onu öz hakimi kimi tanıdı [7, s.108].
Şirvanşah I İbrahim əhalidən alınan vergiləri qaydaya saldı.
Beləliklə, qısa müddətə də olsa, Şirvanşah I İbrahim Azərbaycanın böyük bir
hissəsini öz hakimiyyəti altında birləşdirə bildi. Lakin o, Təbrizdə möhkəmlənə
bilmədi. Çünki Cəlairi Sultan Əhməd və onunla ittifaqda olan Qaraqoyunlu hərbi
birləşmələrinin başçısı Qara Yusif vaxt itirmədən Misirdən Azərbaycana, Təbrizə
doğru hərəkət edirdilər. Onların yaxınlaşdığını eşidən Şirvanşah I İbrahim
məcburiyyət qarşısında Təbrizi tərk edib Şirvana qayıtdı və onun Azərbaycan
torpaqlarını birləşdirmək cəhdi baş tutmadı.
 
Hələ Misirdə olarkən Sultan Əhməd və Qara Yusif razılığa gəlmişdilər ki,
Bağdad Sultan Əhmədə, Təbriz isə Qara Yusifə çatacaq. Lakin bu razılaşmanı
pozan Sultan Əhməd 1406-cı ildə Təbrizi ələ keçirdi [9, s.56]. Sultan Əhməd
Təbriz camaatının güzəranının yaxşılaşması üçün ciddi tədbirlər görmədi. Ona
görə də Teymuri Əbu Bəkrin qoşunu Təbrizə hücum edərkən xalq Sultan Əhmədi
müdafiə etmədi və Əbu Bəkr Təbrizi tutdu, Sultan Əhməd Bağdada qaçdı. Bu
zaman Qara Yusif böyük qoşunla Təbriz üzərinə yeridi. 1406-cı ildə Qara Yusif I
Şənbi Qazan döyüşündə Əbu Bəkri məğlub etdi və öldürdü. Bundan sonra Qara
Yusif Təbrizə daxil oldu [9, s.54-58]. Əmir Teymurun oğlu Miranşah Qara Yusifə
qarşı yeni qoşun göndərdi. 1408-ci il aprelin 21-də Təbriz yaxınlığında Acıçay
(Sərdrud) döyüşündə oğlu Əbu Bəkrin qisasını almağa gələn Miranşahın qoşunu
Qara Yusif tərəfindən darmadağın edildi və özü də öldürüldü. Teymuri qoşununun
qalıqları Azərbaycanı tərk etdilər [6, s.24].
 
Beləliklə, Azərbaycanın yerli sülalələri xarici müdaxilələri dəf edərək
müstəqil dövlətçiliyi qoruyub saxladılar...
 
Ədəbiyyat:
1. Aşurbəyli S. Şirvanşahlar dövləti. Bakı, “Əbilov, Zeynalov və oğulları”, 2006.
2. Azərbaycan tarixi. Z.Bünyadov və Y. Yusifovun redaktəsi ilə. Bakı, “Azərnəşr”, 1994.
3. Babayev X. Azərbaycan dilinin dövlət dili kimi təşəkkül tarixindən (XVI-XX əsrlər).
Bakı, “Elm və həyat”, 2002.
4. Ebu Bekr-i Tihrani. Kitabi Diyarbekriyye. Çev. Mürsel Öztürk. Ankara, “Türk Tarih
Kurumu”, 2014.
5. Fərzəlibəyli Ş. Azərbaycan və Osmanlı imperiyası (XV-XVI əsrlər). Bakı,
“Azərbaycan Dövlət Nəşriyyatı”, 1995.
6. Nəcəfli T.H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk
tarixşünaslığında. Bakı, “Çaşoğlu”, 2000.
7. Nuriyeva İ. Azərbaycan tarixi. Bakı, “Elm və təhsil”, 2019.
8. Onullahi S. XIII-XVII əsrlərdə Təbriz şəhəri (Sosial-iqtisadi tarixi). Bakı, “Elm”,
1982.
9. Rumlu H. Əhsənüt-Təvarix (Tarixlərin ən yaxşısı). Fars dilindən tərcümə: Oqtay
Əfəndiyev, Namiq Musalı. Kastamonu, “Uzanlar”, 2017.
10. Şami N. Zəfərnamə. Bakı, “Elm”, 1992.
11. Sümer F. Azerbaycanın Türkleşmesi tarihine ümumi bir bakış. Belleten, sayı: 83
(1957).
12. Sümer F. Kara Koyunlular, c.I, Ankara, 1992.
13. Turan O. Selçuklu tarihi ve türk-islam medeniyyeti. Ankara, 1965.
14. “HORUFISM” //URL: http//www.iranicaonline.org/articles/horufism.
15. Rihtim M. Seyid Yəhya Bakuvi və Xəlvətilik. Bakı, “Qismət”, 2005.
16. Ашурбейли С. История города Баку. Баку, Азернешр, 1992.
17. Ислам: энциклопедический словарь. Москва, «Наука», 1991.
18. История Афганистана с древнейших времен до наших дней. Отв.ред.
Ю.В.Ганковский. Москва, “Мысль”, 1982.
19. Минорский В.Ф. История Ширвана и Дербента. Москва, Изд-во Восточной
литературы, 1963.
6
20. О Фазлиллахе Наими и его мавзолее.- anl.az/down/meqale/kaspi/2011/sentyabr/
201018.html.
21. Петрушевский И.П. Государства Азербайджана в XV в. (Сборник статей по
истории Азербайджана). Баку: АН Азерб. ССР, 1949, вып.1.
22. Рыжов К.В. Все монархи мира. Мусульманский Восток VII-XV вв.- Москва,
Вече, 2005.
23. Шараф ад-Дин Али Язди. Зафарнаме. Книга побед амира Темура. Ташкент,
Изд-во журнала “SANAT”, 2008, том 1. .- vostlit.info/haupt-Dateien/index-
Dateien/SCH.phtml?id=2065.
24. Шариф А. Великий еретик// Изд-во Академии Наук СССР: журнал «Народы
Азии и Африки», 1974, No1.
 
Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər