“Hesab edirəm ki, bu il müharibədə Ukraynanın xeyrinə qəti dönüş baş verəcək...”
Ekskluziv
401
13:57, Bu gün

“Hesab edirəm ki, bu il müharibədə Ukraynanın xeyrinə qəti dönüş baş verəcək...”

Əgər Avropa ölkələri öz talelərindən belə əndişələnirlərsə, Ukraynaya hərtərəfli dəstək və yardımlarını daha da gücləndirməlidirlər...”
 
Bu günlərdə Rumıniya şəhərlərindən birindəki yaşayış binasına Rusiya dronunun düşməsindən və bir neçə insanın yaralanmasından sonra bəzi Avropa ölkələrində müəyyən təşviş yaranıb. Hətta Almaniya kimi iqtisadi və hərbi gücə malik bir ölkənin Silahlı Qüvvələrinin (Bundestaqın) baş müfəttişi, general Karsten Broyer Sinqapurda keçirilən nüfuzlu Asiya Təhlükəsizlik Sammitində ("Şanqri-La Dialoqu")  artıq 2029-cu ilin  Rusiyadan birbaşa hücum gözlənildiyi “qırmızı xətt” ilin olmasıyla bağlı xəbərdarlıq edib. 
 
“Mən bu hücumun mütləq baş verəcəyini iddia etmirəm, lakin hərbi nöqteyi-nəzərdən biz həmin tarixə qədər maksimum dərəcədə döyüşə hazır vəziyyətə gəlməliyik”, - deyə alman general bildirib.
 
Bəs görəsən, bir sıra aparıcı hərbi və siyasi analitik mərkəzlərin Rusiyanın artıq Ukrayna cəbhəsində üstünlüyünü əldən verdiyini, iqtisadi kollaps ərəfəsində olduğunu vurğuladığı bir halda bu ölkənin Almaniya və ya digər böyük bir Avropa ölkəsinə hücum ehtimalı nə dərəcədə gerçəyə uyğundur?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bunları söyləyib:
 
“Bu gün yalnız nüvə qalxanını, nüvə silahını çıxsaq, Rusiya artıq hərbi-siyasi baxımdan zəif bir ölkədir və getdikcə də zəifləməkdədir. Əgər Avropa ölkələri öz talelərindən belə əndişələnirlərsə, Ukraynaya hərtərəfli dəstək və yardımlarını daha da gücləndirməlidirlər. Düzdü, ədalət naminə, bu saat Ukraynaya əsas dəstək verən məhz Avropa Birliyi ölkələri və Böyük Britaniyadır. Lakin görünür, bunun miqyasını ən yüksək səviyyəyə çatdırmaq gərəkdir. Və onu da vurğulamaq gərəkdir ki, Ukrayna savaşının bu qədər uzanmasının və Rusiyanın indiyədək bu ölkədə dinc əhaliyə qarşı açıq qətliamları davam etdirərək bunu “uğur” kimi təqdim etməsinin əsas günahkarı və səbəbkarı ABŞ-ın hazırkı lideri Donald Trampdır. Son iki ildə o, dolayısı və ya birbaşa Putin rejiminə kömək etməklə, onu müdafiə etməklə, ona qarşı iqtisadi sanksiyaları zəiflətməklə Rusiyanı xeyli ruhlandırdı və müəyyən qədər gücləndirdi. Lakin buna baxmayaraq hazırda Ukrayna bütün, istər taktiki, istər strateji əlamətlərə, xüsusən də, cəbhədə quru qoşunlarının üzbəüz döyüşlərindəki uğurlarına görə Rusiyanı xeyli üstələyir... 
 
Bu gün bəzi Avropa ölkələri əsasən Putinin əlindəki nüvə silahını nəzərdə tutaraq təşvişə düşüblər. Çünki keçmiş prezident və baş nazir, əyyaş Dmitri Medvedev mütəmadi olaraq Avropanı nüvə  silahıyla açıq təhdid edib və bəzi ölkələr də bundan həyəcana düşüb. Ancaq hər halda hesab edirəm  ki, qanıb-qandırmayan Rus ayısından hər şey gözləmək mümkün olsa da, Avropanın aparıcı ölkələri Slovakiya, Macarıstan kimi ölkələrə anladır ki, Kreml bütünlüklə qitəni təhdid altına salıb və beləliklə, onları Rusiyapərəst mövqedən çəkinməyə çağırır. Və bütövlükdə Ukrayna savaşının taleyi və Rus ayısı üzərində gələcək qələbə Avropanın, Qərbin əlindədir. Hesab edirəm ki, bu il müharibədə Ukraynanın xeyrinə qəti dönüş baş verəcək...”
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər