Paşinyan səslərin təxminən 65 faizini toplayaraq İNANDIRICI QƏLƏBƏ QAZANACAQ...-
Ekskluziv
942
09:11, Bu gün

Paşinyan səslərin təxminən 65 faizini toplayaraq İNANDIRICI QƏLƏBƏ QAZANACAQ...-"EURONEWS"

Yeni sorğuya görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın partiyası parlamentdə əhəmiyyətli bir çoxluq qazana bilər.
 
Moderator.az xəbər verir ki, bu haqda tert.am məlumat yayıb.
 
Ermənistanda 7 iyunda keçiriləcək həlledici seçkilərdən öncə keçirilən sorğu göstərir ki, Baş nazir Nikol Paşinyanın "Vətəndaş sazişi" partiyası seçicilərin səslərinin təxminən 65 faizini qazana bilər və bu, ona inandırıcı qələbə və gələcək parlamentdə əhəmiyyətli bir çoxluq vəd edir. 
 
Xəbərə görə, bu haqda "Euronews" "Breavis" sorğularına istinadla yazır.
 
Qeyd olunur ki, 5-11 may tarixləri arasında 1551 respondent arasında aparılan "Breavis" sorğusu da müxalifət partiyalarından heç birinin 12 faizdən çox səs toplamayacağını göstərir.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər