London meri Həcc ziyarətini icra etdi...-FOTO+VİDEO
Ekskluziv
2426
09:24, Bu gün

London meri Həcc ziyarətini icra etdi...-FOTO+VİDEO

London meri Sadiq Xan bu il Səudiyyə Ərəbistanında Həcc ziyarətini yerinə yetirib. Bu vəzifəni tutan ilk müsəlman olan mer müqəddəs səfərlə bağlı təəssüratlarını sosial mediada paylaşıb.
 
Moderator.az bu haqda "İslamnews" nəşrinə istinadla xəbər verir.
 
Xan bu təcrübəni "həyatı dərindən dəyişdirən" və "ruhu dolduran" adlandırıb. O, həmçinin Məkkədən foto və videolar paylaşıb. O, burada ənənəvi ağ zəvvar geyimi olan ehramı - Müqəddəs Məsciddə (Məscid əl-Haram) Kəbənin qarşısında dayanıb.
 
Merin sözlərinə görə, o, Həcci dünyanın hər yerindən 1,5 milyondan çox müsəlmanla birlikdə yerinə yetirib. Sadiq Xan sosial media paylaşımında yazıb:
 
"Həcc, öz mahiyyətində təvazökarlığı, özünütəkmilləşdirməyi və kollektiv insanlığımızı simvolizə edir. Əlhəmdulillah (Allaha həmd olsun), Həcc ziyarətini yerinə yetirdiyim üçün həqiqətən şərəf və bəxtiyarlıq hiss edirəm." 
 
Xatırladılır ki, 2022-ci ildə London meri artıq kiçik ziyarət olan Ümrə ziyarətini yerinə yetirib.

 

S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər