“8 Noyabr zəfərinin hərbi-siyasi və tarixi önəmi hər ötən gün daha aydın dərk olunur”
Ekskluziv
417
17:33, Bu gün

“8 Noyabr zəfərinin hərbi-siyasi və tarixi önəmi hər ötən gün daha aydın dərk olunur”

“Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əlyevin rəhbərliyi altında əldə etdiyi 8 Noyabr zəfərinin hərbi-siyasi və tarixi önəmi hər ötən gün daha aydn dərk olunmaqdadır”.

Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 8 Noyabr zəfəri üçün ən xarakterik xüsusiyyətlərdən biri bu zəfərin parlaq və mübahisəsiz olmasıdır:

“Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndinə səfəri zamanı sakinlərlə görüşündə 44 günlük Vətən müharibəsindən və 8 Noyabr zəfərindən bəhs etdi. Dövlət başçısı bir daha qeyd etdi ki, nə 44 günlük Vətən müharibəsindən əvvəl, nə də sonra bu qədər aydın, mübahisəsiz qələbə olmayıb.

Həqiqətən də, bu gün müasir dünyamıza baş verən hərbi qarşıdurmalara, müharibə və münaqişələrə nəzər salsaq görərik ki, ən böyük, ən güclü dövlətlər belə mütləq qələbə əldə edə bilmir. Bu gün dünyamızın ən qüdrətli dövləti hesab edilən ABŞ belə İranla müharibədə mübahisəzis zəfər əldə edə bilmədi. Bu səbəbdən də hər iki tərəf – həm İran, həm də ABŞ bu müharibədə qalib gəldiklərini iddia edir və hər bir tərəf də öz iddiasını müxtəlif arqumentlərlə isbatlamağa çalışır.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə isə aydın, bənzərsiz və prinsipialdır. Bu, o qədər aşkar qələbədir ki, bunu hər hansı arqument, əlavə izah vermədən də birbaşa müşahidə etmək, görmək mümkündür. Bu fakt bir daha sübut edir ki, Azərbaycan Ordusunun, Azərbaycan xalqının Prezident İlham Əliyevin liderliyi ilə əldə etdiyi 8 Noyabr zəfəri həqiqətən də təkrarsız qələbədir və bu qələbə hər zaman belə də xatırlanacaqdır.

Onu da qeyd edim ki, Azərbaycan xalqı, eləcə də veteranlarımız 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də Müzəffər Ali Baş Komandanın yanındadır və zərurət yaranarsa bu zəfəri yenidən təkrarlamağa hazırdırlar”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər