Avropa Komissiyası
Dünya
156
18:40, Bu gün

Avropa Komissiyası "Temu"nu cərimələdi

Avropa Komissiyası (AK) Çinin onlayn ticarət platforması olan "Temu"ya 200 milyon avro məbləğində cərimə tətbiq edib. Qurumun açıqlamasında qeyd edilib ki, platformada zəhərli uşaq oyuncaqları və təhlükəsizlik yoxlamasından keçməmiş enerji adapterləri satışa çıxarılıb.

Moderator.az xəbər verir ki, bu barədə Avropa icra orqanının mətbuat xidməti bəyanat yayıb:

"Seçilmiş enerji adapterlərinin çox böyük hissəsi əsas təhlükəsizlik yoxlamalarından keçə bilməyib, uşaq oyuncaqlarının isə yüksək faizi icazə verilən kimyəvi maddə konsentrasiyalarının aşılması səbəbindən orta və yüksək səviyyəli təhlükə yaradıb".

AK-nın iddialarına əsasən, platformada satılan oyuncaqlar təkcə təhlükəli miqdarda kimyəvi maddələr ehtiva etməyib, həm də uşaqların boğulmasına səbəb ola biləcək çoxsaylı sökülən hissələrə malik olub. Platformanın sahibləri həmçinin resursun dizayn və alqoritmlərinin "təhlükəli malları" təşviq etməsinə görə ittiham olunublar. AK onlayn mağazaya pozuntuların aradan qaldırılması üzrə planı təqdim etmək üçün avqustun 28-dək qədər müddət verib. Bundan sonra AK iki ay ərzində cərimənin ödənilməsi ilə bağlı yekun qərar çıxaracaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər