“Artıq gənc insanların gözünə də “mirvari suyu” gəlir, katarakta xəstəliyi cavanlaşıb”-OFTALMOLOQDAN HƏYƏCAN TƏBİLİ+FOTO
Ekskluziv
285
09:16, Bu gün

“Artıq gənc insanların gözünə də “mirvari suyu” gəlir, katarakta xəstəliyi cavanlaşıb”-OFTALMOLOQDAN HƏYƏCAN TƏBİLİ+FOTO

Katarakta xəstələrinin sayı günbəgün artır. O vaxt deyirdilər ki, filankəs qoca yaşdadır, onun gözünə “mirvari suyu” gəlib. İndi artıq bu xəstəlik həm də daha erkən yaşlarda insanların gözündə yaranır.

Oftalmoloq Aynurə Əliyeva Moderator.az-a açıqlamasında bildirib ki, gün işığı, tütün, təmiz havada az olmaq və ələxsus da şəkər kataraktanı yaradan əsas səbəblərdəndir:


“El dilində mirvari suyu deyilən katarakta gözün içindəki büllurun bulanması ilə ortaya çıxır. Görmədə dumanlanma, pərdəli görmədə ləkə kimi özünü biruzə verir.

Şikayətlər müxtəlif ola bilər. Bəzən olur ki, şikayətlər ancaq gözdəki refraksiya, yəni özünü eynək nömrələrinin dəyişməsi ilə biruzə verir, bəzən isə yetişmiş halda görmə sıfırlanır. Bunun müalicəsi yalnız cərrahi üsuldur, başqa müalicə metodu yoxdur. Yaranması ümumiyyətlə yaşla əlaqədar olur, bir də ümumi orqanizmdə baş verə bilən hansı bir xəstəlik fonunda rast gəlinir” deyə oftalmoloq bildirib.


Oftalmoloq deyir ki, “mirvari suyu” əvvəl 60 yaşdan yuxarı olan insanlarda rast gəlinirdisə, indi bu yaş xeyli cavanlaşıb:


“20-30 il bundan əvvəl 60 yaş üstü rast insanlarda rast gəlinirdisə, indi artıq həmin yaş xeyli aşağı düşüb. Daha gənc yaşlarda da insanlarda  katarakta xəstəliyi yaranır. Bu xəstəliyinin yaşının cavanlaşmasının səbəbi qidamızın, yaxud da istifadə etdiyimiz qacetlərin həyat tərzimizə mənfi təsirlərinin nəticəsidir. Təəssüf ki, bu zaman maddələr mübadiləsi pozulur və maddələr mübadiləsi pozularsa vaxtından tez qocalmış kimi kataraktanı udur və daha gənc yaşlarda ona görə bu xəstəliyə rastlaşırıq. Tövsiyyəm odur ki, insanlar qidalarına mütləq fikir versinlər. Həfətədə 2 dəfə balıq və yumurta yemək lazımdır. Enli və tünd yarpağı olan bitkilərdən çox istifadə etmək lazımdır. Qırmızı, sarı rəngdə olan meyvələrdən istifadə etmək lazımdır ki, toxumalar normal qidalansın. Bir də günəşdən qoruyan eynəklər mütləqdir. Müntəzəm olaraq gün eynəyindən istifadə etməmək yaxud də düzgün seçilməyən eynək gözlərdə katarakta yarada bilir” deyə oftalmoloq deyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər