“Bu ittifaq çoxdan “ölüb”, özünə hörmət edən şəxs orada ola bilməz” - Ayaz Salayevdən sərt ÇIXIŞ+ÖZƏL
Ekskluziv
466
20:25, Bu gün

“Bu ittifaq çoxdan “ölüb”, özünə hörmət edən şəxs orada ola bilməz” - Ayaz Salayevdən sərt ÇIXIŞ+ÖZƏL

“Kino ittifaqının sədri kimi Şəfiqə xanımdan başqasını görmürəm. Demişdim ki, bu ittifaqlar birləşsə mən oradan çıxacam. Ona görə də bu ittifaqın üzvü deyiləm. Rüstəm İbrahimbəyovun təşkilatında olan adamlarla mən bir ittifaqda ola bilmərəm. Səbəbi isə bu idi ki, Rüstəm İbrahimbəyov o vaxt prezidentliyə namizədliyini verəndə onun ittifaqında olan şəxslər onu dəstəklədilər. Biri də ona etiraz etmədi, sədrlikdən çıxarmadılar. Xırdalamağa ehtiyac yoxdur. Ona görə də mən bu adamlarla bir yerdə ola bilmərəm”.

Bunu Moderator.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev deyib.

O daha sonra əlavə edib:

“Bu ittifaqlar birləşməməli idi. Əgər birləşibsə bu ittifaqın başında nüfuzlu şəxs olmalıdır. O da Şəfiqə Məmmədovadır. Bəlkə də nə vaxtsa bu haqda özüm bir yazı yazacam, amma indi deyil. Mən kənardan Şəfiqə Məmmədovanı dəstəkləyirəm. Amma kim olursa-olsun mən o ittifaqın heç vaxt üzvü olmayacam. Bu ittifaq 1980-ci ildə Həsən Seyidbəylinin vəfatı ilə artıq ölüb. Mən ümumiyyətlə o təşkilata gedib-gəlmirəm. Mənim fikrimcə özünə hörmət edən orada ola bilməz” deyə Ayaz Salayev bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər