“QHT-lər sülh və əməkdaşlıq prosesinə töhfə verməli, diplomatiyamızın fəaliyyətini dəstəkləməlidir”
Ekskluziv
492
15:52, Bu gün

“QHT-lər sülh və əməkdaşlıq prosesinə töhfə verməli, diplomatiyamızın fəaliyyətini dəstəkləməlidir”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) ilk Baş Assambleyasında çıxış edib, QHT-lərin sülhün, ədalətin bərqərar olmasında oynaya biləcəyi rola diqqət çəkib. Hikmət Hacıyev qeyd edib ki, QHT-lər diplomatik kanalların səylərini daha yaxından dəstəkləyə, cəmiyyət və icmaların səsinin qlobal səviyyədə daha yaxşı eşidilməsinə töhfə verə bilər.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Hikmət Hacıyevin məlum çıxışının QHT-lər, vətəndaş cəmiyyəti institutları qarşısında yeni vəzifələr qoyduğunu vurğulayıb:

“Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Bakıda Cənub QHT Platformasının  ilk Baş Assambleyasındakı çıxışı, bu çıxış zamanı səsləndirdiyi fikirlər QHT-lərin gələcək fəaliyyət strategiyasının müəyyən edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Hörmətli Hikmət müəllim öz çıxışında QHT-lərin xalqın və dövlətin həyatındakı rolunun daha səmərəli, daha optimal ola biləcəyi ilə bağlı fikrlər səsləndirib, diplomatiya ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma kimi məsələlərə böyük töhfə verə biləcəyini vurğulayıb. O, qeyd edib ki, QHT-lər diplomtik kanalalrın səylərini dəstəkləyə, bununla da ümumi işə daha çox fayda verə bilər.

Hesab edirəm ki, Hikmət Hacıyevin məlum açıqlaması Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının, eləcə də bütün digər QHT-lərin qarşısında yeni vəzifələr qoyur. Bu vəzifələr sırasına dövlət siyasətini, ölkə diplomatiyasını daha sıx şəkildə dəstəkləmək, sülh və ədalətin təntənəsi üçün daha effektiv və koordinasiyalı fəaliyyət ortaya qoymaq, cəmiyyətin səsinin beynəlxalq müstəvidə daha aydın eşidilməsi üçün səy göstərmək və s. daxildir.

Digər mühüm məqam QHT-lərin koordinasiyalı şəkildə, birlik halında fəaliyyət göstərməsinin, strateji məsələlərdə öz səylərini birləşdirməsinin vacibliyi ilə bağlıdır. Bu cür ortaq fəaliyyət qarşıya qoyulan məqsədə daha tez çatmaq, daha fundamental nəticələr ortaya qoymaq baxımından önəmldir.

İnanıram ki, QHT-lərimiz Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin çağırışından gərəkli nəticə çıxaracaq və diplomatiyamızın fəaliyyətini daha yaxından dəstəkləyəcəklər. Dövlətimiz əmin ola bilər ki, bu məsələdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı xüsusi fəallıq göstərəcək, milli maraqlarımızın və bəşəri dəyərlərin müdafiəsində əlindən gələni əsirgəməyəcək”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər