“Birgə hərbi sənayenin yaradılması İtaliya-Azərbaycan münasibətlərində yeni səhifə açacaq”
Ekskluziv
288
18:14, Bu gün

“Birgə hərbi sənayenin yaradılması İtaliya-Azərbaycan münasibətlərində yeni səhifə açacaq”

“Birgə hərbi sənayenin yaradılması İtaliya-Azərbaycan münasibətlərində yeni səhifə açacaq”

Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, İtaliya və Azərbaycanın hərbi sənaye imkanları birgə hərbi sənaye modelinin formalaşması üçün əlverişli zəmin yaradır:

“İtaliya inkişaf etmiş Qərb ölkəsi olaraq güclü sənayeyə, eləcə də hərbi sənayeyə malikdir. Bu gün İtaliya şirkətlərinin istehsal etdiyi silahlar dünyanın bir çox ölkəsinə ixrac edilməkdə, öz müasirliyi, keyfiyyəti ilə şöhrət qazanmaqdadır.

Azərbaycan da hərbi sənayenin inkişafı baxımından bəlli bir yol keçib. Ölkəmizdə yüzdən çox hərbi məhsul istehsal edilir ki, bu məhsullar onlarla ölkəyə ixrac olunur. Bu gün Azərbaycan dünya silah bazarında uğurla təmsil olunur, ağır rəqabət şəraitində yeni alıcılar tapır. Bu faktın özü Azərbaycanın hərbi sənaye ölkəsi kimi qüdrətinə dəlalət edir.

Hazırda İtaliya ilə Azərbaycan arasında birgə hərbi sənaye sahələrinin yaradılması üçün əlverişli imkanlar mövcuddur. Mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin ölkəmizə səfəri və Prezident İlham Əliyevlə apardıqları müzakirələrdən sonra bu ehtimal bir qədər də reallaşıb. Ümid etmək olar ki, biz yaxın gələcəkdə bu sahədə əməli addımlara şahid olacaq, İtaliya ilə birgə hərbi istehsalla bağlı səmərəli əməkdaşlıq həyata keçirəcəyik”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər