Rusiya llk dəfə Ukraynadan 2 min km aralıda- Tümendə də raket xəbərdarlığı elan etdi...
Ekskluziv
241
07:39, Bu gün

Rusiya llk dəfə Ukraynadan 2 min km aralıda- Tümendə də raket xəbərdarlığı elan etdi...

5 may gecəsi Rusiyanın 18 bölgəsində raket xəbərdarlığı verilib. 
 
Moderator.az bu haqda "Korrespondent" nəşrinə istinadla xəbər verir. 
 
Telegram-kanallarına görə, Ukrayna sərhədindən təxminən 2000 kilometr aralıda yerləşən Tümen vilayətinin Xantı-Mansi Muxtar Dairəsində də ilk  dəfə belə xəbərdarlıq verilib, yəni həyəcan siqnalı çalındı.
 
Raket xəbərdarlığı Rusiya Federasiyasının ən azı 16 bölgəsində, o cümlədən Həştərxan, Bryansk, Kaluqa, Kurqan, Nijni Novqorod, Orenburq, Orel, Sverdlovsk, Tula və Çelyabinsk vilayətlərində, eləcə də Tatarıstan, Başqırdıstan, Mordoviya, Udmurtiya və Perm diyarında qüvvədə olub.
 
Eyni zamanda, 4 may axşamı və 5 may gecəsi ən azı 18 hava limanında eniş və uçuşlara məhdudiyyətlər tətbiq edildi. Söhbət Volqoqrad, İjevsk, Kazan, Nijnekamsk, Nijnekamsk, Nijni Novqorod, Orenburq, Orsk, Penza, Perm, Pskov, Samara, Saratov, Tambov, Ulyanovsk, Ufa, Çeboksarı, Çerepovets və Yaroslavldan gedir.
 
Daha əvvəl Çeboksarıda "FP-5 Flamingo" raketinin "VNIIR-Proqres" müəssisəsinə zərbə endirdiyi və  həmçinin pilotsuz təyyarə qalıqlarının şəhərdəki ticarət mərkəzinin üzərinə düşdüyü bildirilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər