Bizi sosial şəbəkələrdən izləyin:
Xəbər verdiyimiz kimi, mayın 4-ü gecəsi Ukrayna dronları Moskvanın mərkəzini vurub. Xəbəri paytxat meri də təsdiqləyib.
Moderator.az-ın Ukrayna mediasına istinadla apardığı araşdırmaya görə, dronlardan biri Rusiya Müdafiə Nazirliyinin binasından cəmi 3 kilometr və Kremldən 6 kilometr aralıda partlayıb.
Tədqiqatçılar qeyd edirlər ki, bu hücum Ukrayna dronlarının Kremlə yaxın ərazidə ilk dəfə qeydə alınmış zərbəsidir.
Məlumatda deyilir: "Dünən gecə Moskvada partlayan uğrayan PUA-nın tam təchizatlı "FP-1" hücum dronu olduğu ortaya çıxdı. Bu, Ukrayna hücum dronunlarının Kremlə yaxın ərazidə çox uzun müddət ərzində ilk dəfə qeydə alınmış partlayışıdır".
İnternetdə yayılan görüntülərdə dronun qalıqlarının üzərində Ukrayna dilində yazılmış mətn görünür: "Toxunma! Hərəkətli hissə."
Qeyd edilir ki, "FP-1" dronu 2025-ci ilin may ayında Ukraynada nümayiş etdirilib. Bu, strateji dərinliklərdə düşmən hədəflərinə hücum edən uzun mənzilli, təyyarə tipli, sabit qanadlı drondur. Dron 120 kiloqrama qədər ağırlığında döyüş başlığı daşıyır və 1600 kilometrə qədər mənzilə malikdir.
Ukraynanın İşğalın Öyrənilməsi Mərkəzinin rəhbəri Pyotr Andryuşenko da bildirib ki, pilotsuz təyyarə Rusiya Müdafiə Nazirliyinin binasından təxminən 3 kilometr və Kremldən 6 kilometr aralıda partlayıb. Rəsmi şəxs əlavə edib ki, bu səhər etibarilə Moskvanın Vnukovo və Domodedovo hava limanları "Rosaviasiya"nın pilotsuz təyyarə hücumlarına cavab olaraq həyata keçirdiyi "Xalça" planı səbəbindən hələ də bağlı qalıb.
Andryuşenko həmçinin əlavə edib ki, pilotsuz təyyarələr gecə ərzində Rusiyanın bir sıra bölgələrinə hücum edib: Rostov, Voronej, Lipetsk və Samara vilayətlərində partlayışlar və hava hücumundan müdafiə fəaliyyəti qeydə alınıb.
S.Laçın