“Bunu, yalnız ən güclülər bacarır”
Ekskluziv
533
14:58, Bu gün

“Bunu, yalnız ən güclülər bacarır”

“Hərbi-sənaye kompleksini təkbaşına inkişaf etdirmək olduqca çətin bir işdir. Bu, həm çoxlu maliyyə vəsaiti, həm də böyük kadr ehtiyatı tələb edir. Buna görə də, milli hərbi sənayenin inkişafı təhlükəsizliyi təmin etməyin ən effektli yollarından biri hesab edilsə də, bunu təkbaşına yalnız ən güclülər – ABŞ, Çin və s. kimi ölkələr bacarır”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, dünyada təhlükəsizliklə bağlı artan problemlər hərbi-sənaye kompleksinin inkişafını zəruri edir:

“Bu gün dünyada müharibə və münaqişələrin artdığı, təhlükəsizliklə bağlı təhdidlərin çoxaldığı göz önündədir. Bu isə dövlətləri müdafiə və təhlükəsizlik məsələsinə daha çox diqqət yetirməsini vacib edir. Bu mənada son illər Azərbaycanın hərbi-sənaye kompleksini inkişaf etdirmək üçün müəyyən addımlar atdığı göz önündədir. Əgər bu addımlar davamlı olarsa, o zaman bu məsələdə daha ciddi uğurlara nail olmaq mümkündür”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər