Bizi sosial şəbəkələrdən izləyin:
Xəbər verildiyi kimi, Livanlı 43 yaşlı xanım jurnalist Amal Xəlil çərşənbə günü İsrail-“Hizbullah” atəşkəsi barədə reportaj hazırlayarkən İsrailin hücumu nəticəsində həlak olub. Xəlil bu il Livanda öldürülən doqquzuncu jurnalistdir. Onun öldürülməsi İsrail ordusunun jurnalistləri sistematik şəkildə hədəf alması ilə bağlı ittihamları daha da artırır.
Moderator.az xəbər verir ki, bunu Amerikanın məşhur “Los- Anceles Tayms(“Los- Angeles Times” nəşri yazır.
Dünən- aprelin 23-də şəhid jurnalistin dəfn mərasimi keçirilib.
“Amal Xəlilin tabutu izdihamın üzərində, qırmızı, ağ və yaşıl Livan bayrağı ilə örtülmüş, Xəlilin mətbuat jileti və dəbilqəsi isə insan kütləsinin çiyinlərində sanki dalğalanırdı.
Livanın gündəlik "Əl Əxbar" qəzetinin 43 yaşlı veteran jurnalisti Xəlil çərşənbə günü- aprelin 22-də İsrail və Livandakı “Hizbullah” arasında atəşkəsi işıqlandırarkən sığındığı evin İsrail tərəfindən vurulması əticəsində həlak olub . Eyni hücumda müstəqil müxbir Zeynəb Fərəc də yaralanıb.
Bəysəriyyə kəndində göz yaşları içində yas tutanlar bu il Livanda öldürülən 9-cu jurnalist Xəlili anmaq üçün toplaşmışdılar. Buradakı bir çoxları üçün Xəlilin ölümü, ilk dəfə Qəzza zolağında müşahidə olunan İsrailin reportyorları təqib etməsinin daha geniş bir nümunəsini əks etdirirdi.
“Bu, sui-qəsd idi; bu, səhvən baş verməyib. İsrail ordusu onun kim olduğunu bilirdi və onu öldürdü”, - deyə Xəlilin dostu və yaxınlıqdakı hadisələri işıqlandıran müstəqil jurnalist Məhəmməd Zanati bildirib.
Jurnalistləri Müdafiə Komitəsi “Əl-Cəzirə” xəbər kanalına verdiyi açıqlamada bildirib ki, Amal Xəlilin öldürülməsi "beynəlxalq ictimaiyyət üçün beynəlxalq hüququn tətbiqi, İsrailin regionda 262 jurnalisti öldürməsini təcili olaraq araşdırması və bütün məsul şəxsləri məsuliyyətə cəlb etməsi üçün bir həyəcan siqnalı olmalıdır".
S.Laçın