Xalq artisti niyə efirlərə çıxmır?: “Bayağı mahnıların məşhurlaşması...”-FOTO+ÖZƏL
Ekskluziv
298
17:16, Bu gün

Xalq artisti niyə efirlərə çıxmır?: “Bayağı mahnıların məşhurlaşması...”-FOTO+ÖZƏL

“Gənc xanəndələrə də, tələbələrimə də hər zaman tövsiyyə edirəm ki, əsl musiqi ilə məşğul olsunlar. Əlbəttə ki, yaxşı səsi, bacarığı, istedadı olan insan onsuz da dediklərimə riayyət edir. Elə tələbələrimiz var ki, sabahın müəllimləridir. Bu çox yaxşı bir şeydir. Tələbə var ki, bilirsən bu xanəndə kimi yetişəcək. Gənclər sənətə səviyyəli musiqi ilə gəlsinlər. Bu bayağı mahnılar o vaxt da olub, indi də çoxdur. Bəzən heç bilmirsən söz nədir, musiqi nədir? Bilmirsən ki, bu mahnını necə yazırlar, necə ortaya çıxır?! Çox maraqlıdır (gülür). Təəccüb edirəm. Nə sözdə məna var, nə də musiqidə. Hələ də onu axtarıram, tapa bilmirəm”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Aygün Bayramova deyib. O daha sonra efirlərə çıxmamağının səbəblərindən danışıb:


“Efirlərə çıxmamağım o demək deyil ki, hansısa konsertlərdə, dövlət tədbirlərində və yubileylərdə iştirak etmirəm. Xeyr, bu belə deyil. Mütləq o dəvətləri qəbul edirəm və çıxış edirəm. Amma televiziyaya bir o qədər də maraq göstərmirəm. Mən elə əvvəldən beləyəm. Seçiciyəm. Seçim edib, çox az və nadir hallarda hörmət etdiyim aparıcıların verilişinə gedirəm. Sosial mediada da bu haqda çox sualllar gəlir. Sağ olsunlar ki, mənə dəyər verirlər. Mən də gərək onların istək və təkliflərini nəzərə alım.

Çox keçməz ki, sevindirərəm onları. Yəqin ki, müəyyən efirlər var ki, artıq ora çıxmalıyam. Tamaşaçılar orada məni görəcəklər” deyə xalq artisti bildirib.


Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər