Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinə nəzarət funksiyasının Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) verilə biləcəyini vurğulayıb.
Maraqlıdır, bu variant Azərbaycanın maraqlarına nə dərəcədə uyğundur?
Moderator.az-a aşıqlama verən politoloq Zərdüşt Əlizadə mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Zəngəzur dəhlizinə nəzarətin Rusiya FTX-nə həvalə edilməsi Azərbaycanın maraqlarına uyğundur. Unutmaq olmaz ki, Rusiya Azərbaycanın Ermənistana qarşı tələblərini müdafiə edib. Görünən odur ki, Paşinyanın belə bir açıqlama verməsində Rusiyanın da müəyyən təzyiqlərinin rolu olub. Bu baxımdan Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsində problem yoxdur.
Azərbaycan bu yoldan sərnişinlərin və yüklərin gediş-gəlişi üçün istifadə edəcək. Biz bu yoldan nə silah-sursat, nə də narkotik daşımırıq ki, kimsə bizə hansısa problem yaratsın.
Hesab edirəm ki, proseslərin bu şəkildə gedişatı Azərbaycanın maraqlarına uyğundur”.
Seymur ƏLİYEV