Vaşinqtonda COP29 çərçivəsində yaşıl maliyyəyə həsr olunmuş konfrans keçirilib
1750
12 Oct 2024 | 09:58

Vaşinqtonda COP29 çərçivəsində yaşıl maliyyəyə həsr olunmuş konfrans keçirilib

Vaşinqtonda yerləşən Cons Hopkins Universitetində ABŞ-Azərbaycan Ticarət Palatası, Beynəlxalq Ticarət Administrasiyası və ABŞ Ticarət Departamentinin birgə təşkilatçılığı ilə COP29 çərçivəsində yaşıl maliyyəyə həsr olunmuş konfrans keçirilib.
 
Tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndələri, ABŞ-ın dövlət və özəl sektorunun və akademik dairələrin təmsilçiləri iştirak edib.
 
Açılışda çıxış edən ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd yaşıl maliyyənin cəmiyyətin bütün təbəqələri tərəfindən inkişafı və elmi dairələrin araşdırmalarına əsasən yaşıl maliyyə sahəsində qərarvermə mexanizmlərinin təşviqinin müzakirəsini aparmaqdır. Onun sözlərinə görə, bu müzakirələr Azərbaycanın COP29-a sədrlik etdiyi bir vaxtda həm Azərbaycan, həm də qlobal ictimaiyyət üçün aşağı karbonlu, davamlı gələcək naminə zəruri olan tərəfdaşlıq və strategiyaların qurulmasına kömək edəcək.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər