Dörd cüdoçumuz
İdman
1880
12 Oct 2024 | 12:10

Dörd cüdoçumuz "Böyük Dəbilqə" turnirdə mübarizəyə start verəcək

Bu gün Azərbaycanın daha dörd cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"də mübarizəyə başlayacaq.
 
Moderator.az xəbər verir ki, Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq) tatamiyə çıxacaqlar.
 
Azərbaycan turnirdə 14 idmançı ilə təmsil olunur. Ötən gün yarışa başlayan altı cüdoçudan yalnız Acelya Toprak (57 kq) bürünc medal əldə edib.
 
Qeyd edək ki, "Böyük Dəbilqə" oktyabrın 13-də başa çatacaq.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər