“Ali məktəblərə qəbuldakı bu rekord məktəb tədrisi hesabına qazanılıb, cənab nazir?...”
Elm və Təhsil
Oxunub: 3451
25 Aug 2024 | 10:11
“Ali məktəblərə qəbuldakı bu rekord məktəb tədrisi hesabına qazanılıb, cənab nazir?...”
“...Cənab elm və təhsil naziri qəbuldakı rekord rəqəmlərdən, yüksək bal toplayan abituriyentlərdən danışarkən ilk növbədə onların təhsili üçün minlərlə, bəlkə on minlərlə manat xərcləmiş valideynlərinə və həmin orta məktəb şagirdlərinə hazırlıq  keçmiş repetitor müəllimlərə, həmçinin kurs rəhbərlərinə təşəkkür etməli idi…
 
“Hörmətli Emin müəllim, əgər Azərbaycanda müəllimlərin və nəticədə məktəbin nüfuzunun bir az yüksəldilməsinə nail olmaq istəyirsinizsə, bir həftə sonra baş tutacaq növbədənkənar parlament seçkilərində hansısa “ağır çəkili” namizədlərin özlərinin və ya yuxarılardakı “dayı”larının təzyiqi ilə bəzi yerli qurumların məktəb direktorlarından və müəllimlərdən seçki prosesində alət kimi istifadə etməsinə, onların məntəqə-məntəqə gəzdirilib “karusel”lərdə alçaldılmasına imkan verməyin…”
 
"2024–2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul müsabiqəsinin 1-ci turunun nəticələrinə əsasən, rekord sayda – 55 656 nəfər tələbə adını qazanıb. Sevindirici haldır ki, ilk dəfə qəbul aparılan Qarabağ Universiteti və Türkiyə–Azərbaycan Universitetinin nəzərdə tutulan qəbul planı, demək olar ki, tam dolub və hər iki universitetdə təhsil alacaq şəxslərin böyük əksəriyyəti yüksək bal toplayan gənclərdir.
Uğur qazanan hər bir gəncimizi ürəkdən təbrik edirəm". 
 
Yəqin, dəyərli oxucularımızın çoxuna da o gündən bəllidir ki, bu sözləri  elm və təhsil naziri Emin Əmrullayev deyib.
 
Bu xəbəri görəndə, qeyri-iradi bəndənizin dodağı qaçdı. Nədən ki, hörmətli cənab elm və təhsil naziri ali məktəblərə qəbuldakı rəqəmi elə təqdim edir ki, sanki bu, bütövlükdə ölkədəki məktəb təhsilinin, tədrisinin uğurudur. Axı hamı yaxşı bilir ki, nadir istisnalarla 1990-cı illərin ortalarından bəri Azərbaycanda məktəb təhsili, xüsusən yuxarı siniflərdəki tədris sözün əsil mənasında yarımcan olub. Bəzi məktəblərdə isə ümumiyyətlə keçinib. Və şagirdləri ali məktəblərə qəbul üçün hazırlayanlar faktiki olaraq repetitor müəllimlər, yəni məktəbdənkənar fərdi və ya qrup halında hazırlıq keçən müəllimlər, həmçinin son iki onillikdə sayları məktəblərin sayını bəlkə də çoxdan ötmüş abituriyent hazırlığı kursları olub. Nəticədə ölkədə təhsil rəsmən pulsuz olduğu halda valideynlər ailə büdcələrindən kəsib, xeylisi bir qarın ac, bir qarın tox yaşamaqla övladlarının hazırlığı üçün minlərlə manat para ödəyib. Və bu proses ildən-ilə güclənib, miqyası genişlənib. Deyək ki, 1990-cı illərdə uşaqlarımız əsasən 10-11-ci sinflərdə hazırlığa gedirdisə, 2000-ci illərin əvvələrindən bu ənənə 9-8-ci, 2000-ci illərin ortalarından 7-6-5-ci, son onillikdə isə artıq ibtidai sinifləri də əhatə edib. Yəni bu gün xeyli valideyn övladlarını nəinki 1-ci sinifdən, 5 yaşından repetitor yanına qoyur… Hamı yaxşı bilir ki, əksər məktəblərdə təsadüfən, xəbər vermədən baş çəksək, xüsusən yuxarı siniflərin şagirdlərinin ən azı yarısının siniflərdə olmadığını, yəni hazırlığa getməsinin şahidi olarıq. Hələ məktəb direktorlarının həmin şagirdlərin valideynlərini necə “cəzalandırması”ndan danışmıram…
 
Və təsvir etdiyimiz və hələ bir sıra məqamlarını vaxt məhdudluğundan sadalaya bilmədiyimiz bütün bu proses nəticəsində məmləkətdəki ümumi orta və tam orta məktəblərin, o cümlədən dövlətin milyonlarla xərc çəkərək gözəl, yaraşıqlı, rahat binalarla təmin edilənlərin çoxu faktiki olaraq yalnız təhsil haqqında şəhadətnamə və ya attestat verilməsi funksiyasını daşıyan rəsmi idarələrə çevrilib. Fəqət, bununla belə, binəva valideynlər repetitorlarla yanaşı,  məktəb təhsilinə də, məktəbdə balalarına dərs keçən müəllimlərə də, həmçinin məktəbin təmizliyinə, təmirinə və s. də xeyli maya qoymalı olublar. Hamıya yaxşı məlumdur: məktəbdən verilməyən, tapılmayan(?) dərslik kitabları, çoxu lüzumsuz olan, hansısa müəllif, naşir və nəşriyyatların qazanmasına xidmət edən əlavə dərs vəsaitlərinə və s. xərclənən pullar, “məktəb fondu”, “süpürgə pulu”, “təbaşir pulu”, “marker pulu”, “odun pulu”,  Müəllimlər Günü, 8 Mart, şəhadətnamə “şirinliyi”, attestat “şirinliyi” və s. və i.a.  
 
Bütün bu reallıq ortalıqda olandan sonra cənab elm və təhsil naziri qəbuldakı rekord rəqəmlərdən, yüksək bal toplayan abituriyentlərdən danışarkən ilk növbədə onların minlərlə, bəlkə on minlərlə manat xərcləmiş valideynlərinə və həmin orta məktəb şagirdlərinə hazırlıq  keçmiş repetitor müəllimlərə, həmçinin kurs rəhbərlərinə təşəkkür etməli idi…
 
Düzdü, həmin repetitor müəllimlərin də əksəriyyəti ümumilikdə Azərbaycan təhsilinin yetirmələridir. Lakin əsasən ali təhsil müəssisələrinin… Eyni zamanda bugünkü şagirdlərə hazırlıq keçən müəllimlərin də xeyli hissəsi, xüsusən gəncləri eyni yolla, yəni məktəbdəki tədris hesabına yox, repetitor yanına getməklə sonda müəllim ola biliblər...
 
Xülasə, kiminsə, hörmətli nazirin özünün və ya digər məmurların, yaxud təhsil ekspertlərinin yazdıqlarımızdan narazılığı varsa, fikir və rəylərini işıqlandırmağa hazırıq… 
 
Amma sonda müəllim ailəsində doğulmuş, halalca əməkdar müəllim adı almış atası yarım əsrdən çox məktəb direktoru və 60 ildən çox müəllim kimi çalışmış, anası və digər  3 ailə üzvü də on illərlə müəllim işləmiş, hazırda övladı da müəllim işləyən bir vətəndaş kimi cənab elm və təhsil nazirindən bir təvəqqem var:
 
Hörmətli Emin müəllim, əgər Azərbaycanda müəllimlərin və nəticədə məktəbin nüfuzunun heç olmasa bir az yüksəldilməsinə nail olmaq istəyirsinizsə, bir həftə sonra baş tutacaq növbədənkənar parlament seçkilərində hansısa “ağır çəkili” namizədlərin özlərinin və ya yuxarılardakı “dayı”larının təzyiqi ilə bəzi yerli qurumların seçki prosesində məktəb direktorlarından və müəllimlərdən alət kimi istifadə etməsinə, onların məntəqə-məntəqə gəzdirilib “karusel”lərdə alçaldılmasına da imkan verməyin…  
 
Sultan Laçın 
 
Oxşar xəbərlər
01:33, Bu gün
"Qiyamət günü buzlağı" nə zaman dağılacaq?" - Alimlərdən proqnoz
20 Sep 2024 | 23:39
“Şər bucağında qırılma” və ya Rusiyadan üz çevirənlər artır
20 Sep 2024 | 23:08
Südlü düyü sıyığı enerji bombasıdır
20 Sep 2024 | 23:00
Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırmaq istəyir
20 Sep 2024 | 22:55
“Elə bilirlər ki, mən bunu istəmirəm”- Fədayə Laçına niyə fəxri ad verilmir?-AÇIQLAMA
20 Sep 2024 | 22:55
Rusiyadan İsrailə xəbərdarlıq: Sizi bağışlamayacaqlar!
20 Sep 2024 | 22:51
MAQATE Konfransı Rusiyaya Zaporojye AES-i dərhal Ukraynanın nəzarətinə qaytarmağa çağırış edib
20 Sep 2024 | 22:50
“Red Bull” onu qovacaq? – Özü də bilir ki…
20 Sep 2024 | 22:45
İsraildən açıqlama: İstənilən ssenariyə hazırıq!
20 Sep 2024 | 22:40
"Neftçi"nin baş məşqçisi: Təəssüf ki, azarkeşləri sevindirə bilmədik
20 Sep 2024 | 22:32
Bakıdakı "lənətlənmiş bina" - Burada nikaha girənlər xoşbəxtlik tapmır?
20 Sep 2024 | 22:27
Rövşanə “artist”lərdən yazdı: Bunlar niyə ayrı peşə seçiblər axı...
20 Sep 2024 | 22:20
Qışda Ukraynada gündə 20 saata qədər rabitə kəsintisi gözlənilir
20 Sep 2024 | 22:16
“Küləkli havada qayıqla təhlükəli vəziyyətə düşmüşük, yaxşı balıqçı ona deyərəm ki..”- qızıl balıq tutub onu suya buraxan balıqçı-FOTO+ÖZƏL
20 Sep 2024 | 22:08
Polis rəisi hakimi öz otağında qətlə yetirdi
20 Sep 2024 | 22:00
Yuxu problemi nədən qaynaqlanır?
20 Sep 2024 | 21:43
“Onlar monitor arxasında şirə dönən səviyyəsiz adamlardır” - QALMAQAL
20 Sep 2024 | 21:35
"Qarabağ" "Neftçi"ni darmadağın edir - Canlı
20 Sep 2024 | 21:30
EBRD Biləsuvarda günəş elektrik stansiyasının tikintisinə 100 milyon dollar ayıracaq
20 Sep 2024 | 21:25
Sürücülərə XƏBƏRDARLIQ
20 Sep 2024 | 21:21
"Rusiya ordusu cinayətkarlar bandasına çevrilib" - Rusiya Dövlət Dimasında kommunist deputatdan etiraz
20 Sep 2024 | 21:20
“Putin zarafat edib” - Lavrov
20 Sep 2024 | 21:18
Şoyqunun Zəngəzurla bağlı Tehrana səfərinin GİZLİNLƏRİ ortaya çıxdı
20 Sep 2024 | 21:17
"Yüksəliş" müsabiqəsinin qalibinə İqtisadiyyat Nazirliyində vəzifə verildi
20 Sep 2024 | 21:13
İlk qar bu tarixdə yağacaq - Sinoptiklərdən xəbərdarlıq
20 Sep 2024 | 21:00
"Türkiyəli milyarderin gəlini" İtaliyada - FOTO
20 Sep 2024 | 20:50
Yeməyin xarab olmaması üçün soyuducuda belə saxlayın
20 Sep 2024 | 20:43
SOCAR BP ilə memorandum imzaladı
20 Sep 2024 | 20:35
Bu payızda çox xoşbəxt olacaq BÜRCLƏR
20 Sep 2024 | 20:27
Qaqauz lideri Rusiya səfərini yarımçıq qoydu
20 Sep 2024 | 20:19
Rusiya və Çinin bu addımı ABŞ-ı qorxuya saldı: Ordu hərəkətə keçdi
20 Sep 2024 | 20:12
Orduda silsilə tədbirlər keçirildi
20 Sep 2024 | 20:09
Kamala Harris Putini Batı xanla müqayisə edib
20 Sep 2024 | 20:05
Zelenski İrana sanksiya tətbiq etdi
20 Sep 2024 | 20:00
Hazal Kayanın toydakı geyimi tənqid olundu - VİDEO
20 Sep 2024 | 19:55
ABŞ və üç Avropa ölkəsi Rusiya xammalından asılıdır - KİV
20 Sep 2024 | 19:48
Ülviyyə çəkiliş meydançasında əsəbiləşdi! - VİDEO
20 Sep 2024 | 19:40
Axşam nə yeyək ki kökəlməyək?
20 Sep 2024 | 19:33
Xoşqədəmə itkin düşən Rasimin müzakirəsini aparmaq qadağan edildi - MƏHKƏMƏ
20 Sep 2024 | 19:25
30 il sonra nəşi tapılan şəhidimiz dəfn edildi - FOTO
20 Sep 2024 | 19:20
Hizbullahdan İsrailə cavab reaksiyası
20 Sep 2024 | 19:15
ABŞ Azərbaycana daha 2 minaaxtaran it göndərdi - FOTO
20 Sep 2024 | 19:08
Macar nazir: "Ukraynanın qaz tranzitini dayandırması bizi maraqlandırmır"
20 Sep 2024 | 19:00
İnsultdan qorunmaq üçün ağlagəlməz üsul
20 Sep 2024 | 18:55
Konqresdə ölkəmiz “hədəf”ə alındı
20 Sep 2024 | 18:48
Balın uşaqlar üçün təhlükəsi nədir?
20 Sep 2024 | 18:40
Pensiya alanlara ŞAD XƏBƏR
20 Sep 2024 | 18:33
Bərdədə kişi arı sancması nəticəsində öldü
20 Sep 2024 | 18:25
Bu Azərbaycan vətəndaşı ölkəmizə ekstradisiya olunacaq
20 Sep 2024 | 18:20
Məhkəmədə öpüş yolu ilə sevgilisinə narkotik vermək istədi
20 Sep 2024 | 18:13
Yunan-Roma güləşçilərimiz beynəlxalq turnirə qatılacaq
20 Sep 2024 | 18:05
Ən sağlam çay növü müəyyən edilib
20 Sep 2024 | 18:00
Şəhid qardaşının qisasını döyüş meydanında alan Vətən Müharibəsi Qəhrəmanı...
20 Sep 2024 | 17:55
İcma: "Bu ittihamlar azərbaycanlılara qarşı ayrı-seçkiliyin növbəti təzahürüdür"
20 Sep 2024 | 17:50
Ədalət təmsilçimizdən YÜKSƏK NƏTİCƏ: Azərbaycanın karate tarixində bir ilk – FOTOLAR
20 Sep 2024 | 17:45
“Ermənistan Zəngəzur dəhlizinə razı olmasa, sabitlik pozulacaq” – Cavanşir Feyziyevlə müsahibə
20 Sep 2024 | 17:43
Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - Fotolar
20 Sep 2024 | 17:39
"Biz tezliklə qaniçən və cinayətkar sionist rejiminin məhvinin şahidəri olacağıq " - SEPAH komandanı
20 Sep 2024 | 17:35
Bilal Qəhrəmanovun qalıqları Gədəbəydə dəfn edildi - FOTO
20 Sep 2024 | 17:32
“Mətbuatımız heç vaxt xalqa 44 günlük Vətən müharibəsindəki qədər yaxın olmayıb”
20 Sep 2024 | 17:30
Bu yolda avtomobillə hərəkət tam məhdudlaşdırılacaq
20 Sep 2024 | 17:26
Çin Sosial Elmlər Akademiyasının nümayəndələri BDU-da - FOTO
20 Sep 2024 | 17:21
Rövşanə “artist”lərdən yazdı: Bunlar niyə ayrı peşə seçiblər axı…
20 Sep 2024 | 17:17
Elgiz Polşada həyatının şokunu yaşadı – VİDEO
20 Sep 2024 | 17:12
Nura Suridən Almaxanıma DƏSTƏK: "Sənət əhli niyə kimdənsə qorxmalı, rüşvət verməlidir?" - FOTO
20 Sep 2024 | 17:07
İlham Əliyev onları təltif etdi - SİYAHI
20 Sep 2024 | 17:02
Prezident Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi
20 Sep 2024 | 16:59
“Pezeşkian məcburən Ermənistanla bağlı belə sözlər deyir... Bu, onun öz mövqeyi deyil...”
20 Sep 2024 | 16:56
ABŞ-ın Zəngəzur planı: Nəzarətlə bağlı fərqli yanaşma – İran və Rusiya kənarda qalır
20 Sep 2024 | 16:50
Pənahəli xanın ocağından görüntülər - VİDEO
20 Sep 2024 | 16:46
"Yeməyə görə Xalq artistlərini sıraya düzüb, üstlərinə qışqırdı... "- Almaxanımdan daha bir qalmaqallı AÇIQLAMA
20 Sep 2024 | 16:41
İlkin də bu yoldan şikayətçidir - FOTO
20 Sep 2024 | 16:37
Prezident Qarabağ Universitetində çıxış etdi - VİDEO
20 Sep 2024 | 16:33
"Livandakı partlayışlar terror aktının tamamilə yeni növüdür" - Zaxarova
20 Sep 2024 | 16:28
Köpək balığı qadını parçaladı - DƏHŞƏT!
20 Sep 2024 | 16:24
Səhiyyə Nazirliyi Zəngilanda tibbi baxışlar təşkil edib - FOTO
20 Sep 2024 | 16:20
Cavanşir Məmmədovun bloger nəvəsi özünə ev aldı
20 Sep 2024 | 16:16
19 saylı Yol İdarəsinin müdiri Nazim Eynallı ilə bağlı ŞOK iddia - Katibəsi ilə cinsi...
20 Sep 2024 | 16:10
"Neftçi" rəhbərliyi toplaşdı, olduqca VACİB QƏRAR verildi - SON DƏQİQƏ
20 Sep 2024 | 16:05
Milyonlarla manat pul, mindən çox bank kartı, 110 mobil nömrə - Azərbaycanda ŞOK ƏMƏLİYYAT - VİDEO
20 Sep 2024 | 16:00
Türk aktyor erməni sevgilisindən ayrıldı - FOTO
20 Sep 2024 | 15:55
Pərviz Bülbülənin oğlunun toyuna ən çox bu məşhur pul yazdırıb – FOTO
20 Sep 2024 | 15:50
"Bayden Putini ruhlandırır, Şolts kimi "əsəbi zəif olanları" qorxudur" - "The Economist"
20 Sep 2024 | 15:44
Bağçada azyaşlıya qarşı zorakılıq: Müəllim uşağın saçını yolub, döydü - ANBAAN VİDEO
20 Sep 2024 | 15:38
Bu kartof ki var... - Oxuyun, öyrənin, belə yeyin
20 Sep 2024 | 15:32
Maaş, pensiya, müavinət və təqaüdlərlə bağlı hamını SEVİNDİRƏCƏK XƏBƏR
20 Sep 2024 | 15:26
110 illiyi qeyd olunan Aşıq Nabata NAXÇIVANDA BİGANƏLİK – FOTOFAKT + VİDEO
20 Sep 2024 | 15:20
Bürclərə TÖVSİYƏ: Oktyabrın 5-dək həyatı dəyişdirən qərarlar verməyin
20 Sep 2024 | 15:15
Livanda “peycer terroru”nun sirli tərəfləri - Dünyanı gözləyən YENİ TƏHLÜKƏ - ŞOK FAKTLAR
20 Sep 2024 | 15:11
İlin sonunda “13-cü pensiya” veriləcək - Kimlər alacaq?
20 Sep 2024 | 15:06
Eminin xanımı lüks qarderobunu göstərdi - FOTOLAR
20 Sep 2024 | 15:00
Nazir xanım polkovniki buna görə vəzifədən azad etdi
20 Sep 2024 | 14:55
Xuramanın oğlunun səhhəti pisləşdi - FOTO/VİDEO
20 Sep 2024 | 14:50
Mətanət İsgəndərlinin keçmiş gəlininə bahalı maşını və lüks bağ evini KİM ALDI? - FOTO/VİDEO
20 Sep 2024 | 14:45
"Ukrayna elə indi NATO-ya qəbul edilməlidir" - Boris Conson
20 Sep 2024 | 14:40
“Prens”in yaradıcısı, azərbaycanlı biznesmenlə MÜSAHİBƏ - FOTOLAR
20 Sep 2024 | 14:36
Azərbaycan Müdafiə Nazirliyi antiterror əməliyyatından kadrları paylaşdı
20 Sep 2024 | 14:35
Azərbaycanlı aparıcı özünə bahalı avtomobil aldı - VİDEO
20 Sep 2024 | 14:31
Rayonlarda pensiya ödənişi niyə gecikir? - Rəsmi CAVAB
20 Sep 2024 | 14:27
Benzinin qiyməti qalxdı! - 2,03 AZN
GÜNLÜK
20 Sep 2024 | 14:16
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
20 Sep 2024 | 08:42
“Kürəkənim maşın sürməyimə icazə vermir...”- İlk avtomobil sürən xanım sənətkar-ÖZƏL+FOTO
20 Sep 2024 | 12:23
Yol polisinin saxladığı maşından arvadı və məşuqu düşdü - VİDEO
20 Sep 2024 | 08:21
Ağızdan gələn pis qoxudan necə xilas olmaq olar? - Həkimdən məsləhətlər
20 Sep 2024 | 08:26
Ermənistan elektrik şəbəkələrini Rusiyanın inhisarından çıxarmaq üçün hərəkətə keçdi...
20 Sep 2024 | 14:36
Azərbaycan Müdafiə Nazirliyi antiterror əməliyyatından kadrları paylaşdı
20 Sep 2024 | 08:10
Yaddaşı gücləndirən ədviyyat növləri - Müntəzəm istifadə edin
20 Sep 2024 | 10:30
Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ - VİDEO
20 Sep 2024 | 10:27
“Ermənilərin Qarabağdan kütləvi köçünü Qərb kəşfiyyatı təşkil edib...”- Maraqlı iddia
20 Sep 2024 | 11:43
“Tramp “KQB” agentidir?.. Sui-qəsd cəhdlərini “FSB” təşkil edə bilərmi?..”- Ekspertdən cavab...
HƏFTƏLİK
15 Sep 2024 | 21:53
Azərbaycanda bəy atasını və açıq-saçıq geyinən müğənnini toydan qovdu
15 Sep 2024 | 20:14
Formula 1 həyəcanı başa çatdı - FOTOLENT
15 Sep 2024 | 00:05
“Babam deyirdi ki, məni öldürsə o öldürəcək” - nəvəsi Hacıbaba Hüseynovun düşmənlərindən danışdı-ÖZƏL
15 Sep 2024 | 23:12
Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi olub
18 Sep 2024 | 23:03
Dollar ucuzlaşa bilər: Vacib qərar açıqlandı
16 Sep 2024 | 16:16
COVID-in yeni versiyası dünyada sürətlə yayılır
20 Sep 2024 | 14:16
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
18 Sep 2024 | 22:02
Livanda partlayışlar: Ölənlərin sayı 14-ə çatdı - VİDEO
18 Sep 2024 | 08:35
Yəhudi hərbi ekspert Livanda peycerlərin partladılmasının bəzi təfərrüatlarını açıqladı...
17 Sep 2024 | 17:10
Salyana başçı təyin olunan Rüstəm Xəlilov KİMDİR… – DOSYE
AYLIQ
20 Sep 2024 | 14:16
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
20 Sep 2024 | 08:42
“Kürəkənim maşın sürməyimə icazə vermir...”- İlk avtomobil sürən xanım sənətkar-ÖZƏL+FOTO
20 Sep 2024 | 12:23
Yol polisinin saxladığı maşından arvadı və məşuqu düşdü - VİDEO
20 Sep 2024 | 08:21
Ağızdan gələn pis qoxudan necə xilas olmaq olar? - Həkimdən məsləhətlər
20 Sep 2024 | 08:26
Ermənistan elektrik şəbəkələrini Rusiyanın inhisarından çıxarmaq üçün hərəkətə keçdi...
20 Sep 2024 | 14:36
Azərbaycan Müdafiə Nazirliyi antiterror əməliyyatından kadrları paylaşdı
20 Sep 2024 | 08:10
Yaddaşı gücləndirən ədviyyat növləri - Müntəzəm istifadə edin
20 Sep 2024 | 10:30
Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ - VİDEO
20 Sep 2024 | 10:27
“Ermənilərin Qarabağdan kütləvi köçünü Qərb kəşfiyyatı təşkil edib...”- Maraqlı iddia
20 Sep 2024 | 11:43
“Tramp “KQB” agentidir?.. Sui-qəsd cəhdlərini “FSB” təşkil edə bilərmi?..”- Ekspertdən cavab...