“İsrail İrandan güclüdür, lakin...- Netanyahu bu 3 dərsin heç birinə məhəl qoymur...”
Ekskluziv
3207
13 Apr 2024 | 08:02

“İsrail İrandan güclüdür, lakin...- Netanyahu bu 3 dərsin heç birinə məhəl qoymur...”

İsrailin keçmiş baş nazir Ehud Barak deyib ki, İsrail hərbi cəhətdən İrandan güclüdür, lakin uzun sürən müharibədə İslam Respublikasına qalib gəlmək asan olmayacaq.
 
Moderator.az xəbər verir ki, keçmiş ölkə lideri bu haqda “Kanal 12”-yə danışıb. 
 
E.Barak İsrailin ilk baş naziri David Ben-Qurionun ölkə üçün qoyduğu aydın  3 qaydanı xatırladıb. 
 
“1.İsrail onun tərəfində super güc olmadan total müharibəyə girməməlidir; 
 
2. İsrail həmişə daha qısa müharibələr üçün səy göstərməlidir, [çünki] biz uzun müharibələrin "lüksü"nü ödəyə bilmərik; 
 
3. İsrail hər zaman mənəvi cəhətdən yüksək mövqe tutmalıdır.
 
Bu üç dərs bu gün də aktualdır. Lakin Netanyahu onların heç birinə məhəl qoymur”, - deyə keçmiş baş nazir vurğulayıb.
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər