“Allahın altında neftin əvəzinə bizdə zəka olaydı” -  82 yaşlı dünyaşöhrətli alim Rafiq Əliyevlə MÜSAHİBƏ
Ekskluziv
Oxunub: 9180
10 Feb 2024 | 10:00
“Allahın altında neftin əvəzinə bizdə zəka olaydı” -  82 yaşlı dünyaşöhrətli alim Rafiq Əliyevlə MÜSAHİBƏ
Rafiq Əliyev dünyaca məşhur Azərbaycan alimidir. O, həyatını elmə, yeni kəşflərə, gənclərin ixtisaslaşmasına həsr edib. “Özümü alim hesab etmirəm” desə də, Lütfi Zadə irsinin ən böyük davamçısı və varisidir. Dünyanın tanınmış universitetlərində mühazirələr oxuyur, müxtəlif proqramlara rəhbərlik edir. O, Azərbaycan Dövlət Neft və Sənaye  Universitetinin Avtomatlaşdırılmış İdarəetmə Sistemləri kafedrasının müdiridir. Bu gün onun 82 yaşı tamam olur. 
 
Moderator.az olaraq dünyaca məşhur alim Rafiq Əliyevi çalışdığı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ziyarət etdik. Onun 82 illik ömrünə nəzər saldıq.
 
 
-Rafiq müəllim hər yaş insanın özü qarşısında bir hesabatdır. Bu gün 82 yaşınıza qədəm qoyursunuz. Geriyə boylananda  özünüzə  hesabatınız  sizi qane edirmi?
 
- Mərhum şair, dostum Bəxtiyar Vahabzadə deyirdi ki, bir ondan razıyam ki, özümdən narazıyam. İstəyərdim ki, izləyicilər mənim fikirlərimi səmimi qəbul etsinlər. O pafoslu sözlər məni bir az “qıdıqlayır”. Sualınıza gəlincə isə geriyə boylananda elə də böyük bir iş görməmişəm. Bu yaşa qədər həyatımı adi insanlar kimi yaşamışam. O yerdə özündən razılıq başladısa, demək sən bitmisən. Mən hələ bitmək istəmirəm. 
 
- 82 yaş insan ömrünün hansı mərhələsidir? 
 
- Bu yaxınlarda bir məqalə oxudum, orada təəccüblü məqamlar var idi. Məqalədə qeyd edilir ki, ən məhsuldar yaş 50-60 arasındadır. 60-la 70-in arasında produktivlik çox olmasa da, sanballı nəticələr daha çoxdur. 70 yaşdan yuxarı ola bilər ki, sənin nəticələrin azalsın, ancaq sanbalın yüksəlsin. Mən onu demək istəmirəm ki, nəsə sanballı iş görmüşəm. Amma mərhələlərə bölmək də şərtidir. Bircə onu deyə bilərəm ki, 30-40 il necə çalışırdımsa həmin iş rejimini bu günə qədər də qoruyub saxlamışam. Misal üçün, axşam saat 2-dən tez yatmıram. Çünki elmdə bir ay fasilə etmək özü bir intihardır. Bir ay unutsan, onu bərpa edə bilməyəcəksən. 
 
 
 
 
-“Elm və təhsilin inkişafı üçün sosial sifariş olmalıdır” - bu, sizin fikirlərinizdir. Bu fikirləri Azərbaycana aid etsək, vəziyyəti necə təsvir edərsiniz? 
 
- Elmin öz qanunu var, elmə başqa qanunlar təsir etmir. Elmi siyasiləşdirmək olmaz. Hər hansı bir ölkədə o ölkənin ümumi daxili məhsulundan 2 faizdən aşağı elmə maliyyə ayrılırsa, həmin elm o ölkənin iqtisadiyyatına təsir edir. Bu, bizim ölkəmizdə 0.2, 0.15, heç bir faiz də olmayıb. Bu gün 0,15-dir. Həmin dediyim rəsmi informasiyaya görə, dünya ölkələri siyahısında ən axırdan, sağdan üçüncü yerdədir. 
 
Bu elmə olan münasibətdir. Təhsilə olan münasibət belədir ki, həmin rəsmi məlumatda ümumi daxili məhsuldan bir tələbənin hazırlanmasına ayrılan maliyyəyə görə Azərbaycan  bütün dünya ölkələrindən lap axırdadır. Bayaqkı sıralamadakı kimi iki- üç ölkə sağa deyil.
 
- Səbəb nədir?
 
- Ramiz Rövşənin bir şeiri var. 
 
-Ağ üzünə çıxacağıq, qara neft qurtaranda... O neft bizi bir az tənbəlləşdirdi. Allahın altında neftin əvəzində yerin üstündəki insanlarda olan zəka bizdə olaydı. Onda yerlərimiz siyahıda lap əvvəllərdə olardı. Onda elmə sosial sifariş olacaqdı. Sizin sualınızın cavabı budur. Bütün bəşəriyyətin inkişafı dövründə bəşəriyyəti problemlərdən elm çıxarıb. Çətin vəziyyətlərdə dünyanı nə ədəbiyyat, nə də musiqi çıxarmayıb. Hamının gözü o an elm xadimlərində olur. Misal üçün, dünyanı koronovirus kimi bir bəla əhatə etdi. O zaman çağırardınız Ronaldonu, Messini, sizi xilas edəydi, vaksin yaradaydı. Sosisal sifariş buna deyirdim. 
 
 
 
-Xaricdə yaşayan bəzi alimlər Xankəndi Universitetində dərs demək arzusunda olduqlarını deyiblər. Sizin də töhfəniz olacaqmı? 
 
-Mən orada hansı ixtisasların olacağını bilmirəm. Millət, xalq üçün orada universitetin olması önəmli hadisədir. Mənim ən böyük arzum odur ki, millətimin imzası imzalar içində olsun. Demirəm ey Oxfort, Harvard olsun. Heç olmasa, 30, 40-cı yerdə olsun, amma dürüst, təmiz dünyaya çıxa bilən bir universitetimiz olsun. Ən böyük arzum budur. 
 
-Hazırda işğaldan azad olunmuş torpaqlarda “Ağıllı kənd” layihəsi icra edilir. Sizcə, bu layihə Azərbaycanın gələcəyi üçün nə vəd edir? 
 
- “Ağıllı şəhər, ağıllı kənd”, süni intellekt mənim sahəmdir. 3 il bundan qabaq Kembric Universitetində böyük bir elmi konfransda mənim məruzəm olmuşdu. Deyək ki, dünyada da elə məşhur bir “Ağıllı şəhər” layihəsi yoxdur. Varsa da mən tanımıram, sadəcə elementləri var. Məsələn,  işığı vaxtında söndürmək, onlayn qoşulmaq var. Həmin texnologiyaları bura gətirmək də çox yaxşıdır. Bu qədər...
 
 
 
 
-Ötən həftə belə bir xəbər oxudum ki, insanın beyninə ilk dəfə çip yerləşdirilib.  Bu kimi elmi inqilablar, sizcə, bəşəriyyəti hara aparır? 
 
- Çingiz Aytamtovun “Əsrdən uzun gün” romanında belə bir ideya var idi. Hər zaman demişəm, bu gün də israrla deyirəm ki, istənilən elmdə hətta aqrar elmdən tutmuş fizikanın ən müasir sahələrinə qədər elmdə açar olmasa, o elm bəşəriyyəti fəlakətə sürükləyəcək. 
 
- Bu nə deməkdir?
 
-Xirosima və Naqasakiyə atom bombası atanda Eynşteyn sağ idi. O demişdi ki, mən bilsəydim nəzəriyyəm bu məqsədlə istifadə ediləcək bunu yaratmazdım. Bu gün süni intelelkt atom silahından, hidrogen bombalarından daha fəlakətlidir. Əgər süni intellektin inkişafı üçün hara qədər bunu inkişaf etdirmək olarç orada dayanmalıyıq. 
 
Sizə tam məsuliyyətlə deyirəm, o dəmir məndən 100 dəfə ağıllı olacaq. O daha dərin öyrənə bilir, nəinki mən. Bir səhvi edəndə ikinci dəfə etməməyə çalışırıq. Amma dəmir onu çox dərin öyrənir. Onun yaddaşı bizmkindən min dəfə çoxdur. Bizdə də trilyon  neyron var, onların hansından istifadə edə bilərik ki? Amma dəmir edə bilir. Dünyada ən qorxulu şey robotların üsyanıdır. O komandanı daha ağır verəcək. Siz elə bilirsiniz ki, bunlar fantaziyadır?
 
 
 
 
-Deyil? 
 
- Allah eləməsin, biz o günləri görək. Avropa ittiffaqı 20 gün bundan qabaq qərar qəbul etdi ki, süni intellekt insana hara qədər təsir edə bilər, onu dayandırmaq lazımdır. Buradan o tərəfə getmək olmaz. 
 
-İlon Mask deyib ki, insanlar insani fəaliyyətlərə  yaxın olan peşələri seçməlidirlər. O zaman süni intellektin gəlişi onlara qorxulu olmayacaq. Bu peşələr, sizcə, hansılardır? 
 
- Bəs, atom bombasını yaradan kimdir? 270 kq yük daşıya bilən 4  gözü olan robotları yaradan kimdir?  İndi elə bir zəmanədə yaşayırıq ki, kimə deyə bilərsiniz ki, bu peşələri seçməyin. Söhbət ondan gedir ki, o robotu o qədər ağıllı etmək lazım deyil. Elm adamının qabağında məsələ qoyulsun ki, sən nəzəriyyəni elə yarat ki, insanın fəaliyyətinə, etik münasibətlərə, insan haqlarına təsir etməsin. Məsələ belə qoyulmalıdır. Yoxsa sən get ancaq humanitar sahələri seç, bununla heç nə əldə etmək olmaz. 
 
 
 
 
-Müsahibələrinizin birində qeyd etdiniz ki, Ağdam mənim qibləgahımdır.  Ağdamda nəyiniz qaldı?
 
-Ağdamda ancaq mənim xatirələrim qaldı. Ora yenidən qurulacaq, tikiləcək, amma o mənim Ağdamım olmayacaq. Xəyallarımdakı Ağdam olmayacaq. Bunu əvvəllərdə demişəm, artıq qəbul etmişəm.  Dünyanın ən nüfuzlu universitetlərində mühazirələr oxumuşam, dünyanın müxtəlif ölkələrində olmuşam. Oxuduğum 2 mərtəbə yarım olan o Ağdam 1 nömrəli məktəb mənim üçün hər şeydən əzəmətli idi. Mən nə tapmışam o məktəbdə tapmışam. Mən o müəllimlərimə minnətdaram. O, mənim üçün hər bir şeydir. 
 
Vətən doğulduğun komadan başlayır. Sənin vətənin doğulduğun o komandan başlayır. Əfsuslar olsun ki, mən öz komamı tapa bilmirəm. Torpağımda o qədər vəhşiliklər, vandalizm olub ki... Qibləgahımı o vəziyyətdə görmək istəməzdim. 
 
- Ağdamda mənə məktəbimizin yerini göstərdilər. İndi onun yerinə yaxşı məktəb tikiblər. Amma... Bilirsiniz?...
 
- Ən böyük arzularımdan biri həmin o müəllimlərimin sağ olmasıdır. Təhsil nazirlərindən biri mənə dedi ki, təhsildə islahatlar aparmaq üçün bizə 6 milyon pul ayırıblar. Fikirləriniz nədir? Haradan başlayaq? Dedim heç bir fikrim yoxdur. O köhnə müəllimləri qaytarın, heç nəyə ehtiyac yoxdur. O vaxt repetitorluq deyə bir şey yox idi. Dərsdən sonra müəllimlər gəlir, bizi də məcbur edirdi ki, gəlin məsələləri birlikdə edək. Mən Ağdamda o müəllimləri görmüşəm. Onlar çox istedadlı, şair ruhlu idilər. 
-Şair demişkən, Ramiz Rövşənin şeirlərini qeyri-səlis adlandırmısınız. Onun şeirlərinin ki həqiqət dəyəri üzdədir. 
 
-Birinci qeyri-səlis məntiq Bəxtiyar Vahabzadənin yaradıcılığında  da var idi. Kamal Abdullanın yaradıcılığında xeyli qeyri-səlis məntiq var. Ramiz Rövşən tam metafizik şairdir. O da Hüseyn Caviddən gəlmədir. Metafizik nə yerdədir, nə də göydə...
 
-Ramiz Rövşən deyir ki:
 
Ən qorxusuz yoldasan indi, 
Dünyanın ən təmiz ağ donundasan.
Bircə Allah bilir hardasan indi, 
Ömrün əvvəlində ya sonundasan. 
 
Bu metafizikdir, yoxsa qeyri-səlis məntiq? 
 
Kamal Abdulla deyir ki, o nə ölü idi, nə diri idi. Aristotel deyir ki, o ya ölüdür, ya diri. 
 
Nə var Allahdan yuxarı?
Nə var qəbirdən aşağı?
Çəkdiyim ahdan yuxarı?
Bildiyim sirdən aşağı?
Ruhum dur yığış gedirik,
Sən yuxarı mən aşağı.
 
Nə var Allahdan yuxarı, demək, o haradadır bilinmir. Allah ən birinci bizim qəlbimizdədir. O da deyir sonsuzdur. Ramizin şeirləri qeyri- səlis məntiqdən də yuxarıdır.
-Sizcə, yeni texnologiyalar insanların qeyd etdiyiniz bax bu hisslərinə də toxuna biləcəkmi? Axı indi sevgilərin də ömrü qısalıb. 
 
-Sevgi qorxudur. Vallah qorxudur. 
 
-Nədən qorxmaqdır?
 
-Söhbət əsl sevgidən gedir. İnsan övladının müxtəlif hissləri olsa da, hamısında qorxu hissi var.  Qorxursan ki, sənin üçün ən əziz vacib olan bir şeyi itirəsən. Əgər sevgi qorxuya çevrilmirsə, o, sevgi deyil. Yalandan deyirlər ey canım da sənə qurbandır.  Amma həqiqətən də  canı da sənə qurbandırsa, o sevgidir. Orada artıq qorxu var, çünki sən o sevdiyin adamı itirə bilərsən. Müəyyən yaşa çatanda övladınızı özünüzdən çox istəyirsiniz. 
 
Mənə bilirsiniz nə maraqlıdır? Niyə televziyalarımız Azərbaycan kişisini, qadınını bu vəziyyətə salır? Bəyəm, indi əxlaqı,  dünyagörüşü ilə örnək ola bilənlərimiz yoxdurmu, gərək kanallarda bir- biri ilə yarışa girib özlərini biabır edələr? Bu şeylər hər zaman var, dünyada da, Azərbaycanda da. Amma indi texnologiyalar inkişaf etdi. Bizim dövrümüzdə Youtube, Tv yox idi.
 
Qızım, iki ərazi var, biri coğrafi ərazidir, biri də  mənəvi. Allaha şükürlər olsun ki, 30 ildən sonra da olsa, coğrafi ərazini bərpa edə bildik, mənəvi ərazimiz işğaldadır. Onu bərpa edə biləcəyikmi, bunun üçün  neçə il lazımdır?!
 
Xəyalə Rəis
Moderator.az-ın baş redaktoru

 

Oxşar xəbərlər
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
26 Jul 2024 | 23:20
Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO
26 Jul 2024 | 23:16
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib
26 Jul 2024 | 23:05
Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?
26 Jul 2024 | 22:58
Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 22:45
Ad günü məclisində qan düşdü
26 Jul 2024 | 22:43
Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 22:32
Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü - FOTOLAR
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 22:14
"Chrome"da yeni funksiya
26 Jul 2024 | 22:06
Təbiətin bizə bəxş etdiyi möcüzəvi meyvə
26 Jul 2024 | 21:50
Rusiya Yutubu bloklamaq qərarı verdi
26 Jul 2024 | 21:42
Ən bahalı hamburger: 9 min manata satılıb
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 21:31
Gün ərzində nə qədər şokalad yemək olar?
26 Jul 2024 | 21:28
AB Rusiyanın 1,5 milyardını silah üçün Kiyevə verdi
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
26 Jul 2024 | 21:20
Hərbi Gürcüstan yolu selə görə bağlandı
26 Jul 2024 | 21:19
IV qrupun lideri olan Nuray - FOTO
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 21:12
Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub
26 Jul 2024 | 20:58
Qəbul imtahanlarının nəticələri açıqlandı
26 Jul 2024 | 20:50
İş axtaran zaman diqqət edilməli nüanslar
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 20:45
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
26 Jul 2024 | 20:39
ABŞ-də bir ildə 4 nəfər siçanlardan yayılan virusdan öldü
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
26 Jul 2024 | 20:23
Britaniya qırıcılarına görə Rusiya təyyarəsi havaya qaldırılıb
26 Jul 2024 | 20:15
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
26 Jul 2024 | 20:10
Zəncəfilli limonadı belə hazırlayın
26 Jul 2024 | 20:03
Afaq Gəncəli Xəzər TV-dən ayrılıb?
26 Jul 2024 | 19:55
Hansı tərəvəzləri çiy yemək olmaz?
26 Jul 2024 | 19:49
Seysmoloqdan XƏBƏRDARLIQ: Bu 4 şəhəri işarə etdi - FOTO
26 Jul 2024 | 19:41
Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır
26 Jul 2024 | 19:41
Avropa “qapıdakı” rus tankları ilə mübarizəyə hazırlaşır, həm də ABŞ-sız...
26 Jul 2024 | 19:35
Ermənistan NİYƏ İranla sərhəddə TUNEL TİKİR?
26 Jul 2024 | 19:30
Sumqayıtda yaşayış binasında yanğın 
26 Jul 2024 | 19:25
"Android" istifadəçiləri getdikcə daha çox "iPhone" alırlar
26 Jul 2024 | 19:19
Prezident Administrasiyasında avqust ayında vətəndaşların qəbul CƏDVƏLİ
26 Jul 2024 | 19:18
"Bandotdel"dən böyükmiqyaslı ƏMƏLİYYAT: Çox sayda həbs edilən var - ANBAAN GÖRÜNTÜLƏR
26 Jul 2024 | 19:13
Polisdən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO
26 Jul 2024 | 19:05
Ermənistanın son təxribatlarının məqsədi nədir? - Ekspertdən AÇIQLAMA
26 Jul 2024 | 19:00
Üzməyə getməzdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...
26 Jul 2024 | 18:54
Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:50
Tramp FTB-də dindirilə bilər
26 Jul 2024 | 18:45
Diş fırçasını nə vaxt dəyişək?
26 Jul 2024 | 18:40
Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA
26 Jul 2024 | 18:35
Nazirlərin avqust ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
26 Jul 2024 | 18:30
Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 18:23
“İqtisadi müstəqilliyin təmini media üçün ən vacib şərtdir”
26 Jul 2024 | 18:20
1000-ə yaxın miqrant Rusiyadan qovulur
26 Jul 2024 | 18:15
Vidadi İsayev Bərdənin Ərəblər kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
26 Jul 2024 | 18:10
Yaşar Gülər Rəşad Məmmədovla görüşdü
26 Jul 2024 | 18:05
Dünyanın ən hündür tuneli tikiləcək
26 Jul 2024 | 18:03
Kamal Umudlu UEFA Konfrans Liqasının görüşünə təyinat alıb
26 Jul 2024 | 17:57
Qarabağ Universitetinin yeni dekanı KİMDİR...
26 Jul 2024 | 17:51
Mərdəkan yolunda taksidə əxlaqsızlıq - Həbs olunan var
26 Jul 2024 | 17:45
Qarabağ Universitetində YENİ TƏYİNATLAR - FOTO
26 Jul 2024 | 17:40
MSK seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 17:30
Paşinyan Türkiyə ilə sərhədə getdi
26 Jul 2024 | 17:24
XİN Maldivin Müstəqillik Gününü təbrik etdi - FOTO
26 Jul 2024 | 17:18
İrəvana davam edən hərbi yardımlar: Ermənistanı müharibəyə hazırlayırlar -TƏHLİL + FOTO
26 Jul 2024 | 17:12
Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlandı
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:55
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Qaxda dəyirmi masa keçirdi - FOTOLAR
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
26 Jul 2024 | 16:45
Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:12
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı LƏĞV OLUNMALIDIR
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 15:44
Kreditlə bağlı mühüm YENİLİK – Zamin tələbi LƏĞV OLUNUR?
26 Jul 2024 | 15:38
Lisenziyası ləğv olunan bankda hesabı olan vətəndaşların NƏZƏRİNƏ!
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 15:26
Azərbaycanda yaşamaq üçün müaciət edən əcnəbilərin sayı açıqlandı
26 Jul 2024 | 15:22
Qəbələdə orta məktəb yandı
26 Jul 2024 | 15:18
Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib
26 Jul 2024 | 15:14
Vitali Arkov: "Qərb Ermənistanı balaca uşaq kimi aldatmaqda davam edir"
26 Jul 2024 | 15:09
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - FOTO
26 Jul 2024 | 15:03
İranın azərbaycanlı prezidenti: “Məni çox tərifləməyin, səhvlərimi deyin!”
26 Jul 2024 | 14:57
"Rusiya və Çin olmadan Ukrayna müharibəsi üzrə sülh danışıqları mümkün deyil" - Çexiya prezidenti
GÜNLÜK
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
AYLIQ
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO