Neonasistlərə
Ekskluziv
2791
16 Jul 2023 | 18:02

Neonasistlərə "sui-qəsd": Sobçak Simonyanla bir sıraya qoyulmasından hiddətləndi...

"Biz ukraynalı deyilik, amma Ukraynada bizim dostlarımız var..."
 
"Bizə Sobçak və Simonyanın sifarişli qətli təklif olunmuşdu, mən Simonyanın yaşadığı yerin kəşfiyyatını aparırdım..."
 
Rusiyalı teleaparıcı Kseniya Sobçak Rusiya Federal Təhlükəsizlik Xidmətinin ona və Kremlin təbliğatçısı Marqarita Simonyana qarşı sui-qəsd hazırlanması barədə məlumatlarına münasibət bildirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "tv8.md" nəşri məlunat yayıb.
 
"Əgər bu, həqiqətdirsə, o zaman bu işdə əli olan bütün xidmətlərə sağ olun deyirəm", - o, "Ehtiyatlı olun, xəbərlərdir" "Teleqram-kanal"ında yazıb. Bu zaman qeyd edib ki, bu, olmasaydı, "bunun mənası mənim Simonyanla bir sırada qoyulmağım olubsa, o zaman bu, sadəcə, alçaqlıqdır".  Sobçak həmçinin əlavə edib ki, "istənilən terror cinayətdir".
 
Bundan başqa, "Ehtiyatlı olun, xəbərlərdir" kanalı jurnalistlərə qarşı sui-qəsdin hazırlamadığını bəyan edən "Paraqraf-88" qruplaşması ilə əlaqə saxlayıb. Buna rəğmən, təşkilat üzvlərinin saxlanılması faktı təsdiq edilib, həmçinin baş verənlərlə əlaqədar olaraq qruplaşmanın özü-özünün buraxması barədə bəyan edilib.
 
Jurnalistlərin qrup nümayəndələrinin Ukrayna Təhlükəsizlik Xidməti ilə əməkaşlığı barədə sualına cavabında bəyan edilib ki, onlar "ukraynalı" deyil: "Lakin bizim Ukraynada dostlarımız var. Saxlanılanlardan konkret olaraq heç kim orada heç vaxt olmayıb".
 
Bu arada isə saxlanılanlardan Sobçak və Simonyana qarşı sui-qəsdin təşkilində şübhəli bilinən altı nəfər Moskvanın Basman rayon məhkəməsinə gətirilib, onlardan bəziləri həddi-buluğa çatmayanlardır. İstintaq Komitəsi onların həbs edilməsini tələb edir.
 
FTX saxlanılanlaran birinin videosunu göstərib. Kadrlarda özünü Mixail Balaşov kimi təqdim edən, 2005-ci ildə anadan olmuş gənc oğlan "Paraqraf-88" neonasist qruplaşma yaratdığını və onunla Ukraynanın xüsusi xidmət orqanlarının əlaqə saxladığını və rele-dolabları yandırmağı təklif edildiyini" deyib.
 
"Bundan sonra bizə Kseniya Sobçak və Marqarita Simonyanın sifarişli qətlini təklif etdilər. Mən Marqarita Simonyanın yaşadığı yerin kəşfiyyatını aparırdım", - videodakı şəxs deyir.
 
Saxlanılanlar arasında həmçinin 22 yaşlı Ryazandan olan sağçı fəal, 4 il müddətində ekstremist maddə üzrə həbsdə olmuş Yeqor Savelyev də var. O, 2019-cu ildə həbsə atılıb, sağ təmayüllü birliklərdə yazırdılar ki, gənc oğlan "FTX-nın Tula idarəsinin təxribatlarının qurbanı olub".
 
"Mediazona" nəşri qeyd edir ki, 2022-ci ildə Savelyevin adı aparıcı Vladimir Solovyovun qətlinə hazırlıq barədə işdə hallanıb. Eyni zamanda o, "sui-qəsdin digər təşkilatçıları ilə birgə" saxlanılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər