Kreml hamını çaşdırmaq və Putini təmizə çıxarmaq üçün hiyləyə əl atır...
Ekskluziv
2212
22 Jun 2023 | 16:59

Kreml hamını çaşdırmaq və Putini təmizə çıxarmaq üçün hiyləyə əl atır...

"Kremlin bu informasiya əməliyyatı ölkə qanunvericiliyini tədricən silaha çevirir..."
 
Kreml yeni informasiya-psixoloji xüsusi əməliyyat düşünüb və onu Dövlət Dumasının köməyilə gerçəkləşdirəcək. Bu, Ukrayna uşaqlarının qanunsuz deportasiyası ilə bağlıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin yeni icmalında deyilir.
 
Britaniya analitiklərinin sözlərinə görə, informasiya əməliyyatı ona yönəlib ki, Rusiya prezidenti Vladimir Putinin hərəkətlərinə, məhz Ukrayna uşaqlarının valideynlərindən oğurlanmasına haqq qazandırılsın.
 
İyunun 20-də Dövlət Dumasının deputatları 2014-cü ildə, Rusiya təcavüzünün başladığı zaman Donbasda Ukrayna hökuməti tərəfindən, guya, törədildiyi güman edilən cinayətlərin araşdırılması üzrə parlament komitəsinin yaradılmasına səs verib. 
 
Rusiyalılar ilk növbədə Ukrayna hakimiyyətinin Donbasın həddi-buluğa çatmamış vətəndaşlarına münasibətini araşdırmağı planlaşdırır, Britaniya hərbi idarəsi qeyd edib.
 
"Bu, dünya ictimaiyyətinin Rusiyanın Ukraynanın işğal edilən hissəsindən uşaqların deportasiyasını pisləməsinə Dövlət Dumasının münasibətidir", - britaniyalı ekspertlər deyib.
 
Onların sözlərinə görə, bu, Kremlin daha bir "informasiya əməliyyatı"dır, bu da tədricən "hamını çaşdırmaq və öz dəhşətli cinayətlərinin tarixçəsini silmək" məqsədilə ölkə qanunvericiliyini silaha çevirir.
 
"Uşaqların hüquqları barədə məlumatlar, ehtimal ki, Kremldə mühüm kommunikasiya mövzusudur, çünki uşaqların güman edilən deportasiyası 2023-cü ilin mart ayında Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən prezident Putinin həbsinə order verilməsinin əsasını təşkil edib", - Böyük Britaniya Müdafiə Nazirliyinin icmalında deyilir.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər