Bizi sosial şəbəkələrdən izləyin:
Moderator.az xəbər verir ki, xalq artisti Ağaxan Abdullayevin oğlu Hikmət Ağaxanoğlu subaylığın daşını atıb. Belə ki, qədimi abu-havada təşkil olunan toyda yalnız kişilər iştirak edib. Sənət adamlarının ard-arda ifa etdiyi toyu əsasən, xanəndə, xalq artisti Teyyub Aslanov aparıb. Toy milli abu-havaya, qədim adət, ən-ənələrə uyğun olaraq davam edib.
Moderator.az-a açıqlamasında xalq artistinin oğlu bunları deyib.
“Belə bir toy öz arzum, istəyim idi. Bilirsiniz ki, ta qədim zamanlardan Bakı toyları həyətdə çadırlarda baş tutub. Biz də bu ən-ənəni yaşatmaq istədik. Əlbəttə ki, ən böyük arzularımdan biri də toyumu atamın görməsi idi. Allaha şükürlər olsun ki, atama 3 övladının toyunu görmək nəsib olub. O qardaşım Orxanın toyundan 10 gün sonra vəfat etdi. İnanıram ki, atamın ruhu da şaddır və hər zaman bizimlədir” deyə sənətkarın övladı deyib.
Onu musiqi sənətinə atasının həvəsləndirdiyini bildirən Hikmət kamança alətində ifa edir və bir neçə il bundan əvvəl atasına həsr etdiyi klip və mahnı da təqdim edib.
Toydan özəl görüntüləri sizlərə təqdim edirik.