“Kəhrəba daşı ən çox cinsi aktivliyə xeyir edir, ta qədimdən bu günə qədər...”-FOTOLAR
Ekskluziv
11614
22 Apr 2022 | 17:58

“Kəhrəba daşı ən çox cinsi aktivliyə xeyir edir, ta qədimdən bu günə qədər...”-FOTOLAR

Tibbi müalicə metodlarından biri də təbii daşlardır. Əvvəllər bu daşlardan müalicə məqsədilə daha geniş istifadə olunurdu. Xüsusilə də kəhrəbadan. Bəs kəhrəbanın nə qədər faydalı olduğunu bilirsinizmi?
Mineroloq və gemoloq Nazir Nağıyev Moderator.az-a bununla bağlı danışıb.
“Təbii daşlar arasında xüsusi yeri olan kəhrəba ağaclardan ifraz olunan qətranın daşlaşmış halıdır. O enerjisini günəşdən və torpaqdan götürür. Təbii kəhrabaları yandırdıqda şam qoxusu, süni kəhrabanı yandırdıqda isə plastik və ya şüşə qoxusu gəlir. Bundan əlavə kəhrəbanın tərkibində hava qabarcıqları varsa, deməli sünidir. Kəhrəba daşının təbiiliyini ilk baxışdan nədən bilmək olar? Əlimizə götürəndə yapışqan olur, yapışqanlığından əlavə onu təmiz yuna sürtürük və yun onu çəkmirsə, demək ki, bu kəhrəbadır. Bu günkü gün plazma adı ilə olan qatqıları kəhrəba adı ilə satırlar. Satıcılar bu daşın saxtasını, asan sənaye üsulu ilə əldə olunanını da insanlara sırıyırlar. Bəzi hallarda gətirib mənə yoxlatdırırlar, görürəm ki, bir çox kəhrəbalar plastmasla qatışıqdır. Mənim kimi mütəxəssis bilir, amma adi insan onu heç bir zaman bilməyəcək. İstəyirəm gələcəkdə bunun üçün kurslar təşkil edim və insanları maarifləndirim” deyə Nazir Nağıyev bildirib.
Tibbin inkişaf etmədiyi zamanlarda kəhrəbadan müalicə məqsədi ilə də istifadə ediblər. Kəhrəbanın qalxanabənzər vəzə də müsbət təsiri var.
 
“Tərkibində yod zənginliyi var, boğaza bağlamaqla zob xəstəliyini sağaltmaq olur. Yod onun tərkibini zənginləşdirir və minerallaşdırır. Yodun mineralları içərisində onun tərkibində ağacın bir çox tərkibində olan qatqılar olur, şirə yavaş-yavaş yoda çevrilir. Yoddan da yavaş-yavaş daş yağ, bala çevrilir. Qədim Misir, Tibet və Çində təbii daşları üyüdərək məlhəm kimi bir sıra xəstəliklərin müalicəsində istifadə ediblər. Kəhrəbanın tərkibində olan turşu sinir və mədə-bağırsaq sistemləri, böyrəyin fəaliyyəti, maddələr mübadiləsi və yuxu rejimini tənzimləyir. Kəhrəba revmatizm, tənəffüs yolları iltihabları, bronxial astmaya da müsbət təsir göstərir. Kəhrəba daşı ən çox cinsi aktivliyə xeyir edir. Ta qədimdən bu günə qədər. Daxili qidalanma kimi də istifadə edilir, xarici qidalanma kimi də. Nənələrimizin, babalarımızın qulağında, boynunda biz hər zaman kəhrəbadan hazırlanan bəzək-zinət əşyalarını görmüşük” deyə gemoloq bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər