Rubio: Livan və İsrail arasında davam edən danışıqların səmərəli olacağına ümid edirik
Dünya
192
19:57, Bu gün

Rubio: Livan və İsrail arasında davam edən danışıqların səmərəli olacağına ümid edirik

Vaşinqtonda, ABŞ Dövlət Departamentində artıq ikinci gündür ki, İsrail və Livan arasında danışıqlar gedir.

Moderator.az CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvləri qarşısında çıxış edən dövlət katibi Marko Rubio bildirib.

O, iki ölkə arasında uzun illərdən bəri ilk dəfə keçirilən danışıqların səmərəli yekunlaşacağına ümid etdiyini qeyd edib.

"Hazırda, artıq ardıcıl olaraq ikinci gündür və çox uzun illərdən bəri ilk dəfədir ki, Livanın qanuni hökumətinin və İsrail hökumətinin nümayəndələri ABŞ Dövlət Departamentindədirlər. Ümid edirik ki, bugünkü danışıqlar Livanda təhlükəsizliyin təmin edilməsi üzrə birgə bəyanata və fəaliyyət planına gətirib çıxaracaq", - Rubio deyib.

O qeyd edib ki, dünən işçi səviyyədə baş tutan danışıqların ilk günü demək olar ki, yeddi saat davam edib. Məsləhətləşmələrin ikinci raundunun da günün böyük hissəsini tutacağı gözlənilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər