Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Dünya
243
02 Jun 2026 | 23:40

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

Moderator.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sosial şəbəkə hesabında yayılıb.

Telefon danışığı zamanı Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesi və regional məsələlər müzakirə olunub.

Baş nazir Nikol Paşinyan söhbət zamanı Türkiyə prezidentini Qurban bayramı münasibətilə təbrik edib və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində görülən işlərdən danışıb.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin birbaşa ticarətin başlanmasına yönəlmiş addımlarla davam etdiyini bildirib.

Dövlət başçısı həmçinin vurğulayıb ki, Türkiyə regionda sülh və sabitliyin təmin olunması üçün səylərini davam etdirir və bu istiqamətdə atılacaq addımları hər zaman dəstəkləyir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər