Tramp bu məlumatları təkzib etdi
Dünya
220
09:48, Bu gün

Tramp bu məlumatları təkzib etdi

ABŞ Prezidenti Donald Tramp CNN və digər media orqanlarının İranın nüvə sazişinin Tehranın nüvə proqramına toxunmadığı barədə məlumatlarını təkzib edib.
 
Moderator.az xəbər verir ki, o, Truth Social-da həmin məlumatları yalan adlandırıb:
 
"Yalançı media CNN bu gün, həmişəki kimi, İranın nüvə proqramı ilə bağlı sazişimdə nüvə silahları haqqında heç nə deyilmədiyi barədə yalan xəbər yayıb, halbuki əslində İranın nüvə silahına sahib olmayacağı çox açıq şəkildə bildirilir. Sazişdə nüvə məsələsinin digər müxtəlif aspektləri ətraflı və qəti şəkildə müzakirə olunur. Əslində, sazişin böyük hissəsi buna həsr olunub".
 
Qeyd edək ki, İran rəsmiləri dəfələrlə bildiriblər ki, ABŞ ilə ikitərəfli memorandum üzrə hazırkı danışıqlar zamanı İran nümayəndə heyəti Tehranın nüvə proqramı ilə bağlı heç bir müzakirə aparmır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər